Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:41

<i>«Yeni Azərbaycan»</i>: «BMT də Qars-Axalkalaki dəmiryolu layihəsini dəstəklədi»


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib «Bakı-Xəbər» qəzetindəki «21 maydan 25 sentyabra...» başlıqlı məqalədə Elşən Xəyal yazır ki, avtoritar ölkələrdə cəmiyyətin mühüm irəliləyişlər əldə edə bilməsi üçün hakimiyyətə müqavimət göstərilməsi çox vacibdir. Bu baxımdan iqtidara təzyiq vasitələrindən biri kimi mitinq taktikasını seçmiş «Azadlıq» blokunun 21 maydan 25 sentyabra qədər müəyyən mənada uğur əldə etdiyini demək olar.



Müəllif yazır ki, 21 may aksiyasından sonra hakimiyyətin dinc insanlara zor tətbiq etməsinə həm beynəlxalq aləmdə, həm də ölkə daxilində ciddi bir təpki müşahidə olundu. Məqalədə bildirilir ki, bundan sonrakı mitinqlərdə «Azadlıq» bloku həm ictimai durğunluğu xeyli dərəcədə poza bilmiş, həm də seçki prosesinə beynəlxalq diqqəti bir qədər də artıra bilmişdir.



«Yeni Azərbaycan» qəzetindəki «BMT də Qars- Axalkalaki dəmiryolu layihəsini dəstəklədi» başlıqlı məqalədə Aqşin yazır ki, bu layihə erməniləri regional kommunikasiya şəbəkəsindən kənarda qoyur. Belə ki, lahiyənin reallaşması ilə Ermənistan ərazisindən keçən Qars-Gümrü dəmiryolu əhəmiyyətini itirir.



Məqalədə bildirilir ki, bir müddət öncə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın ABŞ administrasiyası və Avropa Birliyinə lahiyənin reallaşmaması ilə bağlı etdiyi müraciətlər cavabsız qalıb. Hər iki tərəf layihəyə ən yüksək səviyyədə dəstək verib. Ermənilərin xülyaları isə növbəti dəfə BMT səviyyəsində dəstəklənməyib.
XS
SM
MD
LG