Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:09

««Davranış Kodeksi»ni ən çox pozan İTV və «Azadlıq» qəzetidir»<p align=`left`><br><br>


Səs: Real audio
Avropa Şurası Monitorinq Qrupunun hesabatında belə deyilir Seçki kampaniyasında Azərbaycan mətbuatının "Davranış Kodeksi"nə necə əməl etməsini araşdıran Avropa Şurası Monitorinq Qrupu (MQ) sentyabrın 26-da ilk həftə üçün hesabatını açıqladı.



Qrupun rəhbəri Zeynal Məmmədli 49 qəzet və iki televiziyanın - (İTV və Lider TV) yeddi parametr üzrə monitorinqini apardıqlarını bildirdi. Onun sözlərinə görə, "Davranış Kodeksi" üzrə İTV daha çox pozuntuya yol verib. Cənab Məmmədli bildirir ki, baş verən pozuntular əsasən ödənişli siyasi reklamın digər reklam və materiallardan fəqləndirilməməsilə bağlıdır.



MQ-nun rəhbəri deyir ki, həftə ərzində seçkilə bağlı ən az pozuntuya yol verən gündəlik qəzet «Gün-Səhər», həftəlik qəzet isə «Həftə-Nedelya»dır. Seçki materiallarında pozuntuya yol verən qəzetlərın siyahısına isə «Azadlıq» başçılıq gedir: «Bu qəzet seçkiyə aid dərc etdiyi 131 materialda 100 pozuntuya yol verib».



«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin fikrincə isə qrupun gəldiyi nəticə obyektiv deyil.



Cənab Məmmədli deyir ki, "Davranış Kodeksi"nə qoşulmayan «Bakı -Xəbər» bu siyahıda 13-cü yerdə olmasına baxmayaraq, materiallarının sayına görə liderdir.



Avropa Şurası sentyabrın 19-dan kütləvi informasiya vasitələrinin iki aylıq monitorinqinə başlayıb. Qrup iyulun 13-də 40-a yaxın mətbuat və televiziya rəhbərinin imzaladığı «Azərbaycan KİV–nin seçki kampaniyası dövründə Davranış Kodeksi» adlı sənədə nə dərəcədə riayət olunduğunu müşahidə edəcək.
XS
SM
MD
LG