Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:00

Prezident Bolqarıstanda səfərdədir


Səs: Real audio
Səfər zamanı 10-a yaxın sənədin imzalanacağı gözlənilir Sentyabrın 23-də prezident İlham Əliyev Bolqarıstan prezidenti Georgi Pırvanovun dəvəti ilə Bolqarıstana ikigünlük rəsmi səfərə gedib.



İlham Əliyev səfər zamanı Bolqarıstanın müxtəlif universitetlərində olacaq, Bolqarıstan parlamentinin spikeri ilə görüşəcək, həmçinin, iki ölkə iş adamlarının iştirakı ilə turizm, investisiya və inşaat sahələrinin əhatə olunduğu biznes-forumda iştirak edəcək.



Səfər zamanı iki ölkə arasında turizm, idman, iqtisadiyyat, eləcə də viza məsələlərinin sadələşdirilməsinə dair 10-a yaxın sənədin imzalanacağı gözlənilir.



Bundan başqa, prezidentlər hər iki ölkənin Avropa İttifaqına qoşulması sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.



Bolqarıstanla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1995-ci ildə keçmiş prezident Heydər Əliyev Bolqarıstana rəsmi səfərə gedib. 1999-cu ildə Bolqarıstan prezidenti Pyotr Stoyanov Azərbaycanda səfərdə olub.
XS
SM
MD
LG