Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

"Amerikada təhsil alan azərbaycanlıların çoxu dönmək istəmir"


Səs: Real audio
Tahir Tağızadə: "Məsələ qapanıb" Bugünkü "Qlobus"da:



- Almaniyanın Maynz şəhərində Azərbaycan rəssamı Əşrəf Heybətovun sərgisi açılıb;



- Volqoqradda azərbaycanlıların ünvanına təhqiredici yazılar dərc edən qəzet bağlanıb;



- Amerikada oxuyan azərbaycanlıların əksəriyyəti təhsili qurtarandan sonra Azərbaycana dönmək istəmir.



- İlk qonağımız Almaniyadan "Maynz" Azərbaycan Cəmiyyətinin sədri Bəşər Kömürdür. O, 26 il əvvəl Türkiyədən Almaniyaya gəlib. Hazırda NATO ordusunda məsləhətçi kimi çalışır. Almaniyada türklərin və azərbaycanlıların təşkilatlanmasında fəal iştirak edir. Hazırda Bəşər bəyin rəhbərlik etdiyi "Maynz" Azərbaycan Cəmiyyəti 1996-cı ildən fəaliyyət göstərir.



Ötən həftə cəmiyyətin yardımı ilə Maynz şəhərində Almaniyada yaşayan azərbaycanlı rəssam Əşrəf Heybətovun sərgisi açılıb. Sərgi oktyabrın 8-dək davam edəcək.



- İkinci qonağımız Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad regional şöbəsinin sədri Sakit Allahverdiyevdir.



Bu günlərdə Volqoqradda çıxan "Nedelya qoroda" qəzeti bağlanib. Volqoqraddakı Azərbaycan cəmiyyəti həmin qəzetin səhifələrində azərbaycanlıların ünvanına təhqiredici yazılar dərc edildiyinə görə onu məhkəməyə vermişdi. Və bu günlərdə məhkəmə qəzetin bağlanması barədə qərar çıxarıb.



Sakit Allahverdiyev deyir ki, Volqoqradda Azərbaycan Respublikasının nümayəndəliyinin olmaması Rusiyanın bu vilayətində yaşayan azərbaycanlılar üçün böyük problemlər yaradır.



- "Qlobus"un axırıncı qonağı Amerikada təhsilini davam etdirən Samir Səmədovdur. O, Bakıda Qafqaz Universitetini bitirib. Hazırda Vaşinqtonda Beynəlxalq Universitetdə biznesin idarəetməsi üzrə magistraturada oxuyur.



Samir Səmədov deyir ki, Amerikada təhsil alan azərbaycanlıların çoxu Azərbaycana dönmək istəmirlər. Onun sözlərinə görə, Amerikada oxuyan azərbaycanlılar bir-biri ilə sıx əlaqələr saxlayır və vətəndən uzaqda olsalar da, azərbaycanlılıqlarını itirmirlər.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG