Səs: Real audio
Tahir Tağızadə: "Məsələ qapanıb" İqtisadçı Qubad İbadoğlu əmanətlərin manatla saxlanmasının tərəfdarıdır
Əvvəllər adi vətəndaşın pulu var idisə, dollarda saxlayırdı, indi şənbə əhvalatından sonra dollara da əvvəlki inam azalıb. Milli Bank deyir ki, şənbə günü dolların düşməsinin iqtisadi əsası yox idi. Ancaq adamlarda şübhə qalır.
Milli Bankdan verilən məlumata görə, valyutadəyişmə məntəqələrində vəziyyət normallaşıb və sentyabrın 21-ə olan məlumata görə, 1 dollar 4583 manat olub.
Bankın mətbuat xidmətinin rəhbəri Kamran Nəzərli deyir ki, ötən şənbə baş verənlərlə bağlı Milli Bank ciddi araşdırmalara başlayıb. Onun sözlərinə görə, bu günə qədər 20-yə yaxın valyutadəyişmə mətəqəsinin lisenziyası ləğv olunub.
Bakıdakı bir neçə valyutadəyişmə məntəqəsindən aldığımız məlumata görə, dollar 4600 manata qalxıb. Amma bunun nə vaxta qədər belə olacağı barədə bir söz deməkdə çətinlik çəkirlər.
Dolları başqa valyutaya, ya da manata dəyişib dəyişməmək sualı əhalinin əksəriyyətini ciddi narahat etməkdədir.
İqtisadçı Qubad İbadoğlu əmanətlərin bütün hallarda manatla saxlanmasının tərəfdarıdır. O, fikrini bununla əsaslandırır ki, neftin satışından Azərbaycana daxil olan valyutanın həcmi günbəgün artacaq və bu da təbii ki, dolların ucuzlaşması ilə nəticələnəcək. Onun qənaətinə görə, ötən şənbə günündən sonra inzibati üsullarla 1 dollar 4500 manata qaldırılsa da, qarşıdakı illərdə dolların ucuzlaşması qaçılmazdır.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Samir Əliyev də valyuta bazarındakı indiki sabitliyi müvəqqəti sayır. O hesab edir ki, ötən şənbə olduğu kimi olmasa da, gələcəkdə dolların məzənnəsində enmə davam edəcək. Onun sözlərinə görə, hökumət inflyasiyaya görə bazara daha artıq manat buraxmaqdan ehtiyatlanır:
"Hökumət bir tərəfdən, inflyasiyanın qarşısını almaq, digər tərəfdən də, əlavə pul buraxmaqla dolların aşağı düşməsinin qarşısını almaq istəyir. Yəni, burada hökumət hardasa qalıb ortalıqda".
Qaldı ki ötən şənbə dolların birdən-birə ucuzlaşmasına, Samir Əliyev bunu qazanc götürməkdən çox hökumətə təzyiq kimi başa düşür. Müəyyən qüvvələr bununla bir növ hökumətə “istədiyimiz vaxt ölkədəki vəziyyəti poza bilərik ” xəbərdarlığı edirlər.