Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:07

Gələn ildən vətəndaşlara ipoteka kreditləri veriləcək


Səs: Real audio
Natiq Məmmədov: «Abel Məhərrəmov isə dövlət qulluğunda çalışmır, o, pedaqoji fəaliyyətlə məşğuldur» Şərtlər isə bir aydan sonra məlum olacaq



Prezident İlham Əliyev Azərbaycanda ipoteka kreditləri sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmandan məlum olur ki, ipoteka kreditləri kimi Dövlət Neft Fondunun və Milli Bankın vəsaitlərindən istifadə olunacaq.



İpoteka kreditləri dövlət başçısının fərmanı ilə yaradılan Azərbaycan İpoteka Fondundan veriləcək. Bu Fond Milli Bankın nəzdində fəaliyyət göstərəcək. Prezidentin tapşırığı ilə Milli Bank bir ay ərzində bu Fondun əsasnaməsini hazırlayıb dövlət başçısına təqdim etməlidir.



Fərmanda yazılıb ki, bu, əhalinin mənzil şəraitini yaxşlaşdırmağı nəzərdə tutur. Hamını maraqlandıran kreditlərin verilmə qaydaları isə bir aya hazır olmalıdır. Kreditlərin hansı banklar tərəfindən veriləcəyini Milli Bank müəyyən edəcək.



Fərmana görə, Maliyyə Nazirliyi 2006-cı ildə və bundan sonrakı illərdə dövlət büdcəsindən İpoteka Fondu üçün pul ayırmalıdır.



Milli Məclisin iqtisadi siyasət komissiyasınnı sədri Səttar Səfərovun verdyi məlumata görə, gələn ilin büdcəsində ipoteka kreditləri üçün 100 milyard manatın ayrılması nəzərdə tutulur:



«Düzdür, hələ büdcə zərfi bizə gəlib çatmayıb, ancaq məndə olan məlumata görə, 100 milyard manata yaxın vəsait bu məqsəd üçün nəzərdə tutulur. Bu aşağı faizlərlə kreditlərin verilməsi üçün istifadə olunacaq».



Ancaq kreditlərin neçə illiyə, illik neçə faizə veriləcəyi hələ məlum deyil.



Milli Bankın baş direktoru Şahmar Mövsümov deyir ki, bu şərtlər üzərində iş gedir, ayrı-ayrı ölkələrin təcrübələri öyrənilir. Bir ay ərzində bu haqda əhaliyə dəqiq məlumat veriləcək. Məlum olan isə odur ik, ipoteka kreditləri 10 ildən aşağı müddətə verilməyəcək:



«Təəssüf ki, biz hələ rəqəmləri açıqlaya bilmirik. Çünki hələ aydın deyil. Əlbəttə, çalaşacağıq ki, mümkün qədər geniş əhali təbəqəsini əhatə etmək imkanı olsun. Çalışacağıq ki, mümkün qələr uzunmüddətli kreditlər, iqtisadi cəhətdən əsaslandırılmış faiz dərəcələri olsun. O ki qaldı ilkin ödənişə, çalışmaq lazımdır ki, o mümkün qədər az olsun. İpoteka kreditləri yalnız Azərbaycan vətəndaşlarına manatla banklar vasitəsilə veriləcək».



İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehtiyev isə hesab edir ki, ipoteka kreditləri əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutsa da, mənzilə ehtiyacı olanların çoxu bundan faydalana bilməyəcək:



«İpoteka mexanizmi ortagəlirli təbəqəyə hesablanmış bir mexanizmdir. Əslində, ev alınması üçün çox yaxşı mexanizmdir. Kifayət qədər səmərəli şərtləri olur. Ancaq mühüm məqamlardan biri odur ki, Azərbaycan əhalisinin 40 faizi yoxsulluq həddində yaşayır, buna görə də sözügedən mexanizmdən faydalanmaq onlar üçün real olmayacaq. Çünki birotaqlı məzil əldə etmək istəyən şəxsin orta gəliri 350-400 dollar olmalıdır. Satılan evlərin çoxu isə daş-divar formasında olur. Burda isə məbləğ yuksəlir».



Parlamentin iqtisadi siyasət komissiyasının sədri Səttar Səfərov deyir ki, ipoteka kreditləri müzakirə olunanda bir çox ölkələrin təcrübəsi öyrənilib. Məsələn, Azərbaycanda kreditlər Rusiyada olduğu kimi 14 faizə verilməyəcək:



«Bu mənzilə olan ehtiyacın öyrənilməsinə birbaşa bağlıdır, özü də aşağı zümrələr üçün. Təcrübələri nəzərdən keçirmişik. Rusiyada 10-15 il müddətinə 14 faizlə verilir. Buna əlbəttə, ailənin gücü çatmayacaq. 15-20 il müddtinə olmalıdır. Güman edirəm ki, illik faiz 5 faiz olacaq. Bundan yuxarı olması düzgün deyil. Çünki bu yolla mənzil alanlar aztəmi
XS
SM
MD
LG