Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 11:54

"Separatçıların Moskva görüşü münaqişənin həllini çətinləşdirə bilər"<p align=`left`><br><br>


Səs: Real audio
Xarici İşlər Nazirliyinın rəsmisi bu fikirdədir Azərbaycan, Gürcüstan və Moldova ərazisindəki separatçı qurum nümayəndələrinin Moskva görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yeni çətinliklər yarada bilər.



Bunu Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə deyir. Onun sözlərinə görə, Moskvada separatçı qurumların toplantı keçirməsi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edən Rusiyanın xarici siyasətini əks etdirmir.



Yurddaş Partiyasının sədri Mais Səfərli isə hesab edir ki, Rusiya bu məsələyə Çeçenistan problemi baxımından yanaşsa, yaxşı olar.



Azərbaycanın Rusiyadakı səfirinin müşaviri Nağı Qurbanov isə deyir ki, bu, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulinin təşəbbüsü ilə təşkil edilən bir tədbirdir. Belə toplantılara o qədər də diqqət ayırmadıqlarını bildirən cənab Qurbanov, Rusiya hökumətinə hansısa etiraz məktubu göndərmək fikrində olmadıqlarını əlavə edir.



Bəzi Azərbaycan və Rusiya informasiya agentliklərinin yaydığı məlumata görə, «Paralel MDB - Abxaziya, Dnestryanı, Cənubi Osetiya və Dağlıq Qarabağ postsovet məkanının realıqları» mövzusunda keçirilən bu tədbirdə Rusiya Dövlət Dumasının üzvləri də iştirak edib.
XS
SM
MD
LG