Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 13:50
Rubrikalar

Əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi hazırdır


Səs: Real audio
Ayaz Mütəllibovun vəkili Fuad Ağayev isə Baş prokurorun müavininə müraciət etdi - Sovet dövründən əhalinin banklarda qalan əmanətlərinin qaytarılmasıyla bağlı qanun layihəsinin ilkin variantı hazırdır və yaxın vaxtlarda müzakirəyə çıxarıla bilər.



Bu barədə parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov məlumat verib. Qanun layihəsinə görə, 1992-ci il yanvarın 1-ə qədər banklarda olan əmanətlər bir neçə qrupa bölünüb. Əmanətinin məbləği 2 min rubla qədər olan vətəndaşlara 1 rubla görə 4 min, əmanətinin məbləği 2 mindən 5 min rubla qədər olan vətəndaşlara 1 rubla görə 3000 manat ödəmək planlaşdırılıb. Əmanətin məbləği artdıqca, hər rubla görə ödənilən pulun da məbləği azalacaq.



Səttar Səfərov bunu dövlətin Sovet banklarında qalan bütün əmanətləri ödəmək imkanında olmaması ilə əlaqələndirib.



Qanun layihəsinə görə, əmanətləri 10 ilə ödəmək nəzərdə tutulub. Ancaq bu əmanətlər yalnız Azərbaycanda qeydiyyatda olan vətəndaşlara veriləcək. Prezident İlham Əliyev bu günlərdə əmanətlərin gələn ildən qaytarılacağını söz verib.



- ABŞ dolları Azərbaycan manatına nisbətən ucuzlaşmaqda davam edir. Sentyabrın 14-ə olan məlmata görə, Milli Bankda 1 dollar 4 579, 1 avro 5 631, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG