Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Rəsul Quliyevin qayıdışı üçün Milli Komitə yaradıldı


Səs: Real audio
Ayaz Mütəllibovun vəkili Fuad Ağayev isə Baş prokurorun müavininə müraciət etdi 36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıdışını təmin etmək məqsədilə Milli Komitə yaradılıb.



Quruma ADP sədrinin birinici müavini Sərdar Cəlaloğlu rəhbərlik edir. Komitəyə ziyalıların, hüquq-müdafiəçilərinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin nümayəndələri daxildir.



Bu arada 17 saylı Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüş eks-prezident Ayaz Mütəllibovun vəkili Fuad Ağayev Baş prokurorun müavini Rüstəm Usubova müraciət edib. Vəkil xahiş edib ki, eks-prezidentin həbsi haqda Nəsimi rayon Məhkəməsinin qərarını almaqda ona yardım etsin.
XS
SM
MD
LG