Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:25

"Yeni Fikir"in sədr müavininin səhhəti pisləşib


Səs: Real audio
Bankın hesabatında 12 qabaqcıl islahatçı ölkə sırasında Gürcüstan ikinci yeri tutur Senyabrın 12-də axşam şübhəli şəxs qismində saxlanan «Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nuriyev senyabrın 13-də səhhətinin ağırlaşması səbəbindən Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına köçürülüb.



Onun hansı şöbədə yatdığını, hansı səbəbdən səhhətində ağırlaşmalar baş verdiyini öyrənmək istəyən vəkil Yavər Hüseynə isə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları xəstəxana binasına keçməyə imkan verməyiblər.



Musa Nağıyev adına xəstəxanın qəbul şöbəsindən xəstənin səhhəti və həkimlərin ona qoyduğu diaqnozla bağlı məlumat öyrənmək cəhdlərimiz baş tutmadı.



Səid Nuriyevin anası Dilarə Əliyeva isə oğlunun həbs olunduğu müddətə qədər ağır əməliyyat keçirdiyini və talassemiyalı xəstə kimi qeydiyyatda olduğunu bildirdi.



Səid Nuriyev «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin işi ilə bağlı saxlanmışdı. Onun haqqında hazırlanan tutma protokoluna görə, Səid Nuriyevə 48 saat ərzində ya ittiham irəli sürülməli, ya da onun barəsində cinayət işi qaldırılmalı idi.
XS
SM
MD
LG