Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:01

Sənət ocaqları qapılarını tamaşaçıların üzünə açır


Səs: Real audio
Səid Nuriyev dövlət çevrilişi etmək və silahlı dəstələr hazırlamaq üçün təlimatlar almaqda şübhəli bilinir Sentyabr mədəniyyət ocaqlarının da istirahətdən qayıtdığı aydır. Ayrı-ayrı teatrlar, konsert zalları, sərgi salonları bu aydan başlayaraq qapılarını tamaşaçıların üzünə açır.



Bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi ilə bağlı tədbirlər mövsümün açılışında çoxluq təşkil edəcək. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, ilk geniş tədbir bəstəkarın yubileyi ilə bağlı sentyabrın 19-da Respublika Sarayında olacaq. Bundan bir gün əvvəl – sentyabrın 18-də isə Milli Konservatoriyanın qarşısında bəstəkarı anma mərasimi keçiriləcək.



Dövlət Opera və Balet Teatrı da hər il olduğu kimi bu dəfə də ənənəsinə sadiq qalıb mövsümü Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» əsəri ilə açacaq. Artıq tamaşanın məşqləri başlayıb. Teatrın əməkdaşı Şükufə Ağamirzəyevanın verdiyi məlumata görə, «Leyli və Məcnun» əsərində kiçik yeniliklər də olacaq.



Abdulla Şaiq adına Dövlət Kukla Teatrı balaca tamaşaçılarını ilk qarşılayanlar arasındadır. Teatrın direktoru Rəhman Rəhmənovun verdiyi məlumata görə, Kukla Teatrında yeni tamaşaların səhnələşdirilməsi planlaşdırılır.



Balaca tamaşaçılar sentyabrın 18-də «Ələddinin sehirli çırağına» bu dəfə yeni quruluşda baxacaqlar. Sehrli çırağı sehrli küp əvəz edəcək.



Teatr Xadimləri İttifaqından verilən məlumata görə, sentyabrın 14-də burda xalq artisti Adil İsgəndərovun 95 illik yubileyi qeyd olunacaq.



Musiqili Komediya Teatrı mövsümü sentyabrın 16-da «Bəydullanın möhtəşəm toyu», Gənc Tamaşaçılar Teatrı isə sentyabrın 26-da «Mənim ağ göyərçinim» tamaşalarıyla açacaq. «Yuğ» Dövlət Teatrı yeni layihə üzərində işləyir. Burda gürcü David Salakvelidzenin quruluşunda «İlan dərisi» tamaşası hazırlanır.



Gənc Tamaşaçılar Teatrında sığınacaq tapmış Şuşa Dövlət Musiqili Dram Teatrı 15-ci mövsümünü sentyabrın 27-də açacaq. Həmin gün «Güllələnmiş heykəllərin harayı» tamaşası göstəriləcək. Milli Dram, Bakı Bələdiyyə, Kamera teatrları da gələn həftədən öz tamaşalarını göstərməyi planlaşdırır. Dövlət Pantomim Teatrı isə əvvəlcə sentyabrın 20-də Misirdə keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək.



Kinematoqrafçılar İttifaqında isə baş qarışıqdır. Birlik bu dəfə də dünyanın müxtəlif ölkələrinin kino sənətçilərini bir araya gətirəcək «Şərr-Qərb» beynəlxalq festivalına hazırlaşır. Ancaq bir az gec. Oktyabrın 2–də.



Bakı Caz Mərkəzində isə təmir işləri bu günlərdə başa çatacaq. Mərkəzdən verilən məlumata görə, yeni mövsümdə təkcə Azərbaycanın deyil, dünyanın məşhur caz qruplarının da konsertlərinin keçirilməsi planlaşdırılır.



Sərgi salonlarının isə bir neçəsi artıq ayrı-ayrı rəssamların əsərlərinin nümayişinə başlayıb. «Qala» Rəsm Qalereyası bu mövsüm də böyüklər qədər uşaqlara da geniş yer ayıracaq.



Bu, Bakının mədəniyyət ocaqlarının yeni mövsümdəki kiçik mənzərəsidir. Söhbət etdiyim tamaşaçıların da, aktyorların da istəyi isə budur: Yeni mövsümdə alqışlar bol və ürəkdən olsun.
XS
SM
MD
LG