Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:28

Milli Təhlükəsizlik naziri: "Sabitliyin pozulmasına imkan verilməyəcək"<p align=`left`><br><br>


Səs: Real audio
«Müxalifətin keçirdiyi etiraz aksiyalarının ölkəyə heç bir təsiri yoxdur» Azərbaycanda sabitliyin pozulmasına imkan verilməyəcək. Milli təhlükəsizlik naziri Eldar Mahmudov sentyabrın 12-də jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, müxalifətin keçirdiyi etiraz aksiyalarının ölkəyə heç bir təsiri yoxdur.



Nazir «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən daha bir neçə şəxsin axtarışda olduğunu bildirib. İstintaqın gedişinə xələl gətirməmək üçün onların adlarını açıqlamadığını deyən cənab Mahmudov, axtarışda olanların həbs edilməsi üçün Gürcüstan hüquq- mühafizə orqanları ilə razılaşma əldə olunduğunu da deyib.



E.Mahmudov Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, adam oğurluğu və qətl hadisələrində ittiham olunan Hacı Məmmədovla əlaqədar 64 epizod üzrə cinayət işi qaldırıldığını və 24 nəfərin həbs edildiyini də söyləyib. Onun sözlərinə görə, hazırda bu işdə şübhəli bilinən şəxslər və şahid qismində dindirilənlər də var. Nazir istintaqın üç-dörd aya yekunlaşdırılmasına çalışdıqlarını vurğulayıb.
XS
SM
MD
LG