Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:34
Rubrikalar

Cənubi Qafqazda narkotiklərlə mübarizə


Səs: Real audio
Sentyabrın 18-də AzTV-1-də ilk dəyirmi masa keçiriləcək Bir neçə il əvvəl demək olar ki, bütün post-Sovet məkanında anlamağa başladılar ki, narkotiklər ən kəskin sosial xəstəlikdir və onunla həm ictimaiyyət, həm də dövlət mübarizə aparmalıdır. Cənubi Qafqaz ölkələrində bu mübarizə nə dərəcədə uğurludur?



Qonaqlar:



- Yerevandan Narkotiklər Əleyhinə Vətəndaş Birliyi qeyri-hökumət təşkilatından Artur Petosyan;



- Tbilisidən narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə ekspert Zaza Berozaşvili;



- Bakıdan Müstəqil Hüquqşünaslar Liqasının sədri İsaxan Aşurov.



Zaza Berozaşvili: "Ekspertlərin məlumatına görə, Gürcüstanda 106-120 min insan narkotikdən istifadə edir. 2005-ci ildə mövqelər haçalanıb. ABŞ Dövlət Departamentinin hesabatından sonra bu rəqəm 240 minə qalxıb. Son 5 ildə Gürcüstanda narkotiklərdən istifadə edənlərin sayı təxminən 7 dəfə artıb".



İsaxan Aşurov: "Rəsmi məlumata görə, Azərbaycanda 18 min narkoman var. Bunlar qeydiyyata alınanlardır. Qeyri-hökumət təşkilatları və ekspertlərin hesablamalarına görə isə, bu rəqəm 100 mindən 300 minə qədər dəyişir. Beləliklə, mən gürcü həmkarımın fikrinə şərikəm ki, narkomanların dəqiq sayı müəyyənləşdirilməyib. Cari ilin 7 ayı ərzində Azərbaycanda 40 kiloqrama yaxın heroin götürülüb, 500-dən artıq adam, o cümlədən 49 əcnəbi vətəndaş cinayət məsuliyyətinə cəlb edilib. 396 kiloqram marixuana məhv edilib".



Artur Petosyan: "Cənubi Qafqazda narkotiklərlə mübarizə proqramı çərçivəsində hazırda Ermənistanda genişmiqyaslı tədqiqat aparılır və oktyabrın sonunda nəsə bir rəqəm deyə bilərik. Rəsmi məlumatlara görə, bu, təxminən 10 min nəfərdir. O biri tərəfdən, narkotik istifadəçilərini narkotikdən asılı olan şəxslərdən – narkomanlardan fərqləndirmək lazımdır. İndi eşidirik ki, Gürcüstanda 200 mindən çox narkoman var. Mən düşünmüəm ki, onların hamısı narkomandır. Məncə, onlar [əksəriyyəti] yalnız istifadəçilərdir".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG