Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:33
Rubrikalar

Yeni elektrik stansiyaları tikiləcək


Səs: Real audio
«Yalnız xalqın dəstəyini qazanan hakimiyyət həll variantını əhaliyə qəbul etdirə bilər» - Azərbaycanda 52 yeni modul tipli elektrik stansiyası tikiləcək.



"Azərenerji" şirkətinin mətbuat xidmətinin verdiyi məlumata görə, bu cür stansiyalardan 2-si Lənkəranda, 10-u Naxçıvan Muxtar Respublikasında, 30-u isə başqa bölgələrdə tikiləcək. Onlardan 10-nun inşasına bu ilin sonunadək başlanması nəzərdə tutulub. Bunlar Şəki, Xaçmaz və Bakıdakı modul stansiyaları olacaq.



Stansiyaların tikintisi prezidentin bir müddət əvvəl imzaladığı ölkənin elektriklə təmin olunması haqda proqrama uyğun həyata keçirilir. Layihənin ümumi dəyəri 310 milyon avrodan çoxdur. Bunun 101 milyonu İslam İnkişaf Bankının krediti, qalanı isə büdcə hesabına ödəniləcək.



- "Aztelekom" İstehsalat Birliyi oktyabrın 1-dən həm daxili işlərində, həm də əhaliyə xidmətdə elektron poçt sisteminə keçəcək.



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın əvvəlindən "Aztelekom"da bütün məlumatlar elektron poçtla ötürüləcək. Bu məqsədlə bölgələrdəki poçt şöbələri İnternetə qoşulub və daxili şəbəkə yaradılıb. Nəticədə ölkədaxili teleqramların daha tez ötürülməsinə imkan yaranacaq.



- Milli Bankdan aldığımız məlumata görə, bütün valyutaların məzənnələrində eniş davam edir. İndi 1 dollar 4 587, 1 rubl 162, 1 avro isə 5 696 manatdır.
XS
SM
MD
LG