Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:48

GUAM ölkələrinin parlament sədrlərinin görüşü keçiriləcək


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir Sentyabrın 6-da Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə bir qrup parlament üzvü Nyu-Yorka yola düşüb. Azərbaycan nümayəndə heyəti BMT-nin mənzil-qərargahında keçiriləcək parlament sədrlərinin ikinci ümumdünya konfransına qatılacaq. Tədbirdə beynəlxalq məsələlər, parlamentlərin fəaliyyəti, çoxtərəfli əməkdaşlıq və digər məsələlər müzakirə ediləcəkdir.



Konfransda spiker Murtuz Ələsgərovun çıxışı nəzərdə tutulub.



Tədbir çərçivəsində GUAM üzvü olan ölkələrin parlament sədrlərinin görüşü də keçiriləcəkdir. Görüşdə qurumun beynəlxalq təşkilata çevrilməsi, münaqişələrin həllində parlamentlərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.



Parlament nümayəndə heyətinin səfəri sentyabrın 11-də başa çatacaq.
XS
SM
MD
LG