Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:27
Rubrikalar

Gələn il daxili məhsul istehsalında 31 faiz artım proqnozlaşdırılır


Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir - Gələn il Azərbaycanda ümumi daxili məhsulun artımı [ÜDM] dünyada ən yüksək həddə – 31 faizə çatacaq. Azərbaycanda 2006-cı ildə istehsal olunacaq məhsul və xidmətlərin ümumi dəyəri isə 15 milyard dollardan çox olacaq.



Bu barədə maliyyə naziri Əvəz Ələkbərov məlumat verir. Onun bildirdiyinə görə, hazırda 567 min manat olan orta əmək haqqı da artırılacaq. Çoxminli pensiyaçılar da sevinəcək, çünki pensiyaların 20 faizə yaxın artması gözlənilir.



Əvəz Ələkbərov hazırda inflyasiyanın 12 faiz olduğunu, gələn il üçün isə 9 faiz proqnozlaşdırıldığını bildirib.



Nazir gələn il vergilərdə də dəyişiklik olacağını deyir. Onun sözlərinə görə, mənfəət vegisi 4 faiz azalacaq. Yəni, əvvəlki 24 faizdən 20 faizə endiriləcək. Amma bu, dövlət büdcəsinin gəlirlərinə təsir etməyəcək.



Cənab Ələkbərovun bildirdiyinə görə, 2006-cı ildə müdafiə və dövlət investisiya xərcləri builki ilə nisbətən 2 dəfə artırılacaq.



- Milli Bankın məlumatına görə, 1 dollar 4 617, 1 avro 5 760, 1 rubl isə 162 manatdır.
XS
SM
MD
LG