Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:29

«Mən heç bir klanı təmsil etmirəm»


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir İqtisadi inkişaf naziri Fərhad Əliyev son günlər KİV-də özü və rəhbərlik etdiyi nazirliyə dair mətbuatda gedən məlumatlara münasibət bildirərkən belə deyib.



Ötən həftənin sonlarında İqtisadi İnkişaf və Vergilər nazirlikləri, o cümlədən Dövlət Statistika Komitəsi Azərbaycana idxal olunan məhsulların ucuz alınıb bir neçə dəfə baha satılması ilə bağlı hesabat yaymışdı. Bu hesabatdan sonra mətbuatda həmin sənəd hakimiyyətdaxili ziddiyyətlərin təzahürü kimi qiymətləndirildi.



Fərhad Əliyevsə bildirir ki, qeyd olunan üçlük araşdırmalarını davam etdirir. Nazirin sözlərinə görə, hər rübdə belə hesabatlar təqdim olunacaq.



Azərbaycanın sərhəd keçid məntəqələrində də idxalla bağlı problemlər olduğunu söyləyən nazir onu da bildirib ki, bəzən idxalçılardan lazımsız sənədlər tələb olunur, onları sərhəd məntəqələrində yubadırlar.



Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti isə hələlik İqtisadi İnkişaf Nazirliyindən gələn bu iddialara rəsmi münasibət bildirməyib.
XS
SM
MD
LG