Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:37

«Ramiz Mehdiyev-Ramil Usubov-Zakir Qaralov üçbucağı»


Səs: Real audio
Zakir Qaralovun cəzalandırılması tələb edilir «Yeni Azərbaycan» qəzetindəki «MDB bu dəfə dağılmadı» başlıqlı məqaləsində Fəxri Kərimli yazır ki, MDB-nin dağılması haqqında şayiələr Türkmənistan prezidenti Niyazovun qurumun tədbirlərinə qatılmamasından sonra meydana çıxıb.



Məqalədə bildirilir ki, bununla yanaşı qurumun dağılacağına dair məlumatlar bəzi məqamda özünü doğruldur. Gürcüstan və Ukrayna prezidentləri MDB-dən çıxmaq üçün bəhanə axtarırlar. Rusiya isə qurum ətrafında yaranmış şübhələri dağıtmaq istəyir. Təsadüfi deyil ki, 2006-cı il MDB ili elan edilib.



«525-ci qəzet»dəki «Mən bu səfəri ömrüm boyu gözləmişəm» başlıqlı məqaləsində Pərvanə Sultanova yazır ki, bu fikirləri tanınmamış Şimali Kipr Türk Respublikasının keçmiş prezidenti Rauf Denktaş Bakıya səfərində söyləyib.



Müəllif yazır ki, az əvvəl Azərbaycandan Kiprə, indi də əksinə, tanınmamış bu respublikadan Azərbaycana 81 nəfərlik nümayəndə heyətinin gəlməsi Azərbaycan üçün bir qədər təhlükəli olaydır. Məqalədə bildirilir ki, ola bilsin, bu münasibətlərin qurulması ilə Azərbaycan Dağlıq Qarabağ münaqişəsində həmişə qeyri-rəsmi olaraq Ermənistanın yanında olan Yunanıstanı cəzalandırır. Amma bu da narahatçılıq doğurur ki, yunanlar da eyni qaydada Azərbaycana qarşı davrana bilərlər.



Müəllif xatırladır ki, Azərbaycandan Şimali Kiprə olan ilk təyyarə reysindən sonra Yunanıstan bu haqda Bakını xəbərdar edib. Elə buna görə də Azərbaycanın rəsmi dairələrindən kifayət qədər ehtiyatlı davranış tələb olunur.



«Bakı Xəbər» qəzetindəki «Ramiz Mehdiyev-Ramil Usubov-Zakir Qaralov üçbucağı» başlıqlı məqaləsində Tofiq yazır ki, beynəlxalq demokratik qüvvələrin Azərbaycanda şəffaf seçki yolunda əsas problem kimi gördüyü Ramiz Mehdiyevlə Ramil Usubov cütlüyü Zakir Qaralovun şəxsində özünə üçüncü tərəfi də cəlb edərək üçlüyə çevrildi.



Məqalədə bildirilir ki, ADP lideri Rəsul Quliyevin namizədliyi qeyd alınandan sonra prokurorluq sabiq spikerin namizəd kimi toxunulmazlıq hüququnu ləğv etdi. Müəllif yazır ki, üçlük bununla İlham Əliyevi beynəlxalq birlik qarşısında açıq zərbə altında qoydu.
XS
SM
MD
LG