Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:35

Ruslan Bəşirlinin dostu hesab olunan Cibutia da həbs edildi


Səs: Real audio
Zakir Qaralovun cəzalandırılması tələb edilir Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılan "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin Gürcüstanda keçirdiyi görüşlərin təşkilatçısı olduğu bildirilən Merabi Cibutia Gürcüstan-Azərbaycan sərhəddində saxlanılıb.



Bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, Ruslan Bəşirli ilə görüşdən sonra Merabi Cibutia işgüzar səfərlə Ermənistana gedib. Ordan qayıdanda Gürcüstanda Ruslan Bəşirli ilə bağlı aparılan araşdırmalar barədə məlumat alıb.



Sərhəd Xidmətinin məlumatında iddia edilir ki, Merabi Cibutia həbs ediləcəyindən qorxaraq Azərbaycana keçib və Ruslan Bəşirli ilə məsələnin nə yerdə olduğunu müəyyənləşdirmək niyyətində olub. Azərbaycan sərhədçiləri isə bildirirlər ki, cənab Cibutia sərhəddi qanunsuz keçib.



Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat Şöbəsində cinayət işi açılıb. Avqustun 28-də Səbayel rayon Məhkəməsinin qərarı ilə Meribi Cibutia barəsində həbs qətimkan tədbiri seçilib.



Bu arada avqustun 29-da prezident İlham Əliyev Gürcüstanın Kəşfiyyat Departamentinin sədri Batu Kutelianı qəbul edib. Dövlətlər arasında iqtisadi, siyasi və digər sahələrdə əlaqələr müzakirə olunub. Prezident Gürcüstan və Azərbaycan xüsusi xidmət orqanları arasında əlaqələrin genişlənməsinin regionda təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
XS
SM
MD
LG