Səs: Real audio
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söyləyir Bugünkü "Qlobus"da:
- Azərbaycanlılar Rusiyanın Kalininqrad vilayətində;
- Qərblilərə Azərbaycanı təbliğ edən amerikalı.
- "Qlobus"un birinci qonağı – Tofiq Rzayev Kalininqrad parlamentinin iqtisadi siyasət komissiyası sədrinin köməkçisidir. O, həm də Ümumrusiya Azərbaycanlıları Konqresinin Kalininqrad bölməsinin sədridir. 1972–ci ildə təyinatla Bakıdan Kalininqrada göndərilib, o vaxtdan da bu şəhərdə yaşayır.
Kalininqradda yaşayan azərbaycanlılar barədə Tofiq bəy deyir ki, bu şəhərdə əsas ticarəti azərbaycanlılar aparır.
Ümumilikdə, bu regionda azərbaycanlılara münasibət yaxşıdır. Tofiq Rzayev bunu hüquq-mühafizə orqanlarında və icra hakimiyyətində azərbaycanlıların işləməsi və onların ayrı-ayrılıqda yox, toplu halında ticarət aparması ilə izah edir.
Tofiq Rzayevin sözlərinə görə, Kalininqradda beş Azərbaycan diaspora cəmiyyəti fəaliyyət göstərir. İlk Azərbaycan cəmiyyəti isə 1996-cı ildə yaranıb.
- "Qlobus"un ikinci qonağı "Muğam" Mədəniyyət Mərkəzinin sədri, amerikalı Cefri Verbokdur. O, Nyu-Cersidə yaşayır. 1972-ci ildə 20 yaşında ilk dəfə muğam eşidib və bunun təsiri altına düşüb, o vaxtdan Azərbaycanla maraqlanmağa başlayıb. Kamança, tar və başqa musiqi alətlərində çalmağı və Azərbaycan dilini öyrənib. Azərbaycanı, Azərbaycan mədəniyətini qərblilərə tanıtdırmaq üçün "Muğam" Mədəniyyət Mərkəzini yaradıb.
- İki ilə yaxındır ki, xaricdə yaşayan azərbaycanlılar hər həftəsonu İnternet vasitəsilə Azərbaycanda və regionda baş verənlərlə bağlı müzakirələr keçirir.
Bu barədə Ümumdünya Azərbaycan Siyasi Mühacirləri İttifaqının sədr müavini Eldəniz Yusubov danışdı. Bu İnternet diskussiyalarında Avropa ölkələrində, Türkiyədə, Birləşmiş Ştatlarda və Kanadada yaşayan azərbaycanlılar iştirak edirlər.
Daha ətraflı Audio hissədə