Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17
Rubrikalar

Seçki fəlsəfəsi


Səs: Real audio
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söyləyir "1001 Seçici" rubrikasının iştirakçıları bu dəfə filosoflardır: Müşviq ŞükürovXan Rəsuloğlu.



Müşviq Şükürov: "Əgər seçkilər ədalətli keçirilirsə, onun bir mənası var, onu fəlsəfələşdirmək də olar. Amma seçkilər ədalətli keçirilməyəcəksə, onda orda məna axtarmağın da mənası yoxdur...



Axırıncı parlament seçkilərində iştirak etmişəm, sonra heç birində – nə bələdiyyə, nə də prezident seçkilərində iştirak etməyə həvəsim olmadı. Düzü, axırıncı parlament seçkiləri zamanı elə nümayəndələr seçildi ki, onların bizim Azərbaycan xalqını təmsil etdiklərinə şübhə etdim... Seçkilərdə iştirakım, həmin günü mənim əhvalımdan çox asılıdır. Əgər hiss etsəm ki, milyonda bir qədər də olsa, mənim səsim nəsə həll edə bilər, mən seçkiyə gedəcəm".



Xan Rəsuloğlu: "Seçkinin fəlsəfəsi elə həyatın özüdür. Seçici özünün səsini verməklə əslində, öz həyatını gözəlləşdirmək haqqında düşünür... Seçkilərdə iştirak etmək bizim vətəndaşlıq borcumuzdur. Bu, mütləqdir. Hətta iştirakdən əlavə öz təbliğimi aparıram, tanışlardan tutmuş tanımadığım adamlara qədər. Hər dəfə deyirəm ki, cəmiyyətimizin gözəlləşməsi, inkişaf etməsi üçün parlamentə mütləq ləyaqətli adamlar düşməlidir".



Müşviq Şükürov əyalətlərin iqtisadi inkişafının tərəfdarıdır. O deyir ki, mütləq kəndlərdə, ucqarlarda demokratik islahatlar aparılmalıdır:



"Kənddəki iş adamlarının problemləri bu dəqiqə bizim iqtisadi təhlükəsizliyimiz baxımından məncə, çox böyük önəm kəsb edir. Bundan başqa, kənddə məmurla vətəndaş arasında münasibətlər çox gərgindir. Vətəndaş dövlətdən qorxur, özünü dövlətə və dövləri özünə arxa hiss etmək əvəzinə".



Xan Rəsuloğlu isə hesab edir ki, mütləq vətəndaşlara torpaq sahələri, evlər güzəştlə verilməlidir:



"İstərdim ki, seçiləcək millət vəkillərimiz heç olmasa, xalqa yaşayış sahəsi, torpaq sahəsi ayrılması haqqında ciddi fikirləşsinlər. Çünki, çoxlu insanlar tanıyıram ki, evsizlikdən əzab çəkirlər. Camaatın evi yoxdur. Mən 40-50 yaşında adam tanıyıram ki, bu gün də hələ kirayədə yaşayır".



Hər iki həmsöhbətimizin fikri belədir ki, hansı platforma olur olsun, ən gözəl platformanın arxasında da ləyaqətli, düşünə bilən insanlar dayanmalıdır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG