Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Xalqın genofondu təhlükədədir


Səs: Real audio
Mir Əsgər Hüseyn: «Yaxşı tələbələriniz olmasını istəyirsinizsə, yüksək səviyyəli müəllimləriniz olmalıdır» Azərbaycanın dağlıq bölgələrində yaşayan əhalinin təqribən 600 mini lazımınca qidalanmır.



BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin 2004-cü ilin sentyabr-oktyabr aylarında kənd ərazilərində keçirdiyi sorğudan belə məlum olub.



Naxçıvan, Abşeron və işğal altında olan ərazilər istisna olmaqla altı iqtisadi zonada aparılan sörğunun nəticələrinə görə, ən pis qidalanma İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının daxil olduğu Dağlıq Şirvanda və Lənkəran-Astara bölgəsindədir. Həmin kənd ərazilərində yaşayan uşaqların natamam qida almış vəziyyətdə anadan olma ehtimalı daha böyükdür. Təqribən beş körpədən biri anadan normal ölçüdən çox kiçik olur.



Ancaq Azərbaycanda problem təkcə insanların normal qadalanmamasında yox, həm də nə ilə qidalanmasındadır.



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova görə, bir tərəfdən, insanların normal qidalanmaması, digər tərəfdən də, transgen – geni dəyişdirilmiş ərzaq məhsulları ilə qidalanma xeyli problemlər yaradır. Və tədricən insanların genində dəyişikliklər baş verir.



Onun sözlərinə görə, indi Azərbaycan bazarlarında genetik modifikasiya edilmiş müxtəlif ərzaq məhsulları var. Misal üçün, bazarlarda geni dəyişdirilmiş xeyli kartof satılır ki, onlar zahirən digər kartoflardan fərqlənmir.



Eyyub Hüseynov deyir ki, məhsuldarlığın daha yüksək olması üçün belə məhsullar xüsusi laboratoriyalarda yetişdirilir və əsasən yaşayış səviyyəsinin aşağı olduğu ölkələrə göndərilir.



Hüquq müdafiəçisi iddia edir ki, satılan ketçuplar, uşaqların sevdiyi qızardılmış kartofların – çipsilərin hamısı, kartofların 80-85 faizi, soğanın 50 faizə qədəri, pomidorların əksəriyyəti geni dəyişdirilmiş məhsullardır.



Bazarların piştaxtalarını dolduran xarici ölkələrdən gətirilmiş meyvələrdən danışan əzaq məsələləri üzrə ekspert Babək Tatlıyev deyir ki, hamısı eyni formada, az qala eyni çəkidə olan meyvələri xüsusi preparatlar vasitəsilə əldə edirlər və onlar uzun müddət açıq havada saxlananda da xarab olmur. Heç ziyanvericilər də həmin meyvələrə yaxın düşmür:



"Biz əgər həmin almanı yeyən kimi ölmürüksə, bu, o demək deyil ki, o, bizə təsir etmir".



Babək Tatlıyevin sözlərinə görə, genetik modifikasiya olunmuş məhsuların insan orqanizminə təsiri haqda fikirlər haçalansa da, əksər alimlərin gəldiyi nəticə belədir ki, bu məhsullar zərərlidir.



Məsələ əli bağlı Dövlət Statistika Komitəsinə ünvanladığımız müraciətə cavab olaraq bildirildi ki, komitə əhalinin qidalanma səviyyəsi haqqında məlimata malik deyil. Boy və ölçüyə gəlincə, bununla bağlı rəsmi statistika 2001-ci ildən aparılmağa başlanıb. Beləliklə, 2001-ci illə müqayisədə 2004-cü ildə ölkə vətəndaşlarının orta çəkisi 1 kq artıb, boyu isə 1 sm yüksəlib.



BMT Ümumdünya Ərzaq Proqramının apardığı sorğudan və mütəxəssislərin dediklərindən belə aydın olur ki, insanların düzgün qidalanmaması və geni dəyişdirilmiş məhsulların geniş istifadəsi getdikcə insanların genində mənfi dəyişikliklərə gətirib çıxarır. Bunun üçün də genetik və ərzaq təhlükəzisliyi ilə bağlı dövlət səviyyəsində ciddi işlərə başlanılmalıdır.
XS
SM
MD
LG