Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:44
Rubrikalar

Qafqaz həbsxanaları


Səs: Real audio
Blokun Lənkəran təşkilatları isə aksiya keçirməkdə israrlıdırlar Həbsxana haqqında təsəvvür müxtəlifdir. Məsələn, Almaniyada həbsxanaya düşmək yalnız azadlıqdan məhrum olmaq deməkdir. Orda hətta qocalara ayrıca həbsxana tikməyə hazırlaşırlar. Bu cəzaçəkmə müəssisələrində məhbuslara tibb bacıları baxacaq. Ona görə də Qərbdə həbsdən təkcə ona görə qorxurlar ki, bura azadlıqdan məhrum edən yerdir.



Azərbaycanda isə həbsxana haqqında təsəvvür başqadır. Azərbaycanda həbsxana deyəndə, keçmiş məhbusların danışdıqları natəmizlik, bit-birə, xəstəlik, bir də işgəncə təsəvvür olunur. "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatının bu ilin yanvarında çıxan hesabatında deyilir ki, Azərbaycanda polis özbaşınalığı, fiziki təzyiq kütləvi xarakter daşıyır. Məhbusların vəkilləri ilə görüşünə icazə verilməməsi, işgəncə verməklə ifadə alınması halları var.



Bu ilin fevralında 11 saylı həbsxanada qiyam qaldıran məhbusların əsas tələblərindən biri şəraitin dəyişməsi idi. Polis qiyamı yatırdı, həbsxana rəhbərliyi dəyişdirildi və qiyamçı dustaqların çoxu ayrı həbsxanalara köçürüldü.



Həbsxananın rəis müavini Elçin Cəfərov qiyam edən dustaqların tələblərini ümumilikdə əsassız saysa da, etiraf edir ki, həbsxanada bəzi çatışmazlıqlar olub və onlar indi həmin çatışmazlıqları aradan qaldırmağa çalışırlar.



Ermənistanda da həbsxanaların vəziyyəti yaxşı deyil. ATƏT-in təşəbbüsü ilə yaradılan monitorinq qrupunun hesabatında Ermənistan həbsxanalarının biri haqqında belə deyilir: "Bura inkvizisiyanın ilkin mərhələlərini xatırladır". Amma belə şərait hər məhbusa təsir etmir. Azadlıqda olduğu kimi həbsdə də varlı-kasıb məhbuslar var.



Gürcüstanda isə məhbuslar həbsxanalara sığmır. Yer o qədər dardır ki, məhbuslar növbə ilə yatırlar. Gürcüstan Ədliyyə Nazirliyinin tərkibində iki həbsxana, 10-a qədər koloniya, iki də xəstəxana var. Bu cəzaçəkmə müəssisələrində səkkiz minə qədər məhbus qalır. Elə yerlər var ki, orda bir məhbus yerinə üçü düşür.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG