Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:48

Elmar Hüseynovun qətlində şübhəli bilinənlərin mənzillərində axtarış aparılıb


Səs: Real audio
MTN Tahir Xubanov və Teymuraz Əliyevin öldürülməsinə dair xəbərləri təkzib edir «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində günahlandırılan Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin Tbilisidə yaşadıqları mənzillərdə axtarış aparılıb. İstintaq üçün lazımi materiallar əldə edilib, maddi sübutlar götürülüb. Əməliyyatda Gürcüstana ezam olunmuş azərbaycanlı mütəxəssislərə gürcü həmkarları da yardım ediblər.



Məlumatı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mətbuat Xidməti yayıb. Bildirilir ki, mənzillərdən götürülən dəlillərin Bakıdakı hadisə yerindən tapılan sübutlarla uyğunlaşdırılması üçün ekspertiza təyin olunub. Nazirlik ekspertiza keçirilməsi üçün əldə olunan dəlilləri ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşı Brayn Paarmana təqdim edib.



Məlumatda o da vurğulanır ki, bəzi yerli mətbuat vasitələri Elmar Hüseynovun qətlində şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin öldürülməsinə dair xəbərlər yayırlar: «Belə məlumatlar ictimai rəyi çaşdırmağa yönəlib və heç bir əsası yoxdur». Belə bir açıqlamanın son dəfə «Yeni Müsavat» qəzetində yer aldığı və bununla bağlı qəzetin baş redaktorunun nazirliyə dəvət edilərək dindirildiyi bildirilir. Vurğulanır ki, «Yeni Müsavat»ın baş redaktoru Rauf Arifoğlu bu məlumatları ona adını açıqlamayan şəxs tərəfindən telefonla verildiyini deyib.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də qətlə yetirilib.
XS
SM
MD
LG