Səs: Real audio
Eks-prezident Ayaz Mütəllibovun sənədlərinin isə bu həftənin sonunda 17 saylı Yasamal seçki dairəsinə təqdim olunması gözlənilir - İlk təqaüdümü valideynlərimə xərcləmək istərdim.
- İnsan qarşısına məqsəd qoyanda, hədəfə doğru irəliləyəndə, dərs oxumaq da ona əyləncə kimi görünür.
Qonaqlarımız 2005-2006-cı tədris ili üçün ali məktəblərə qəbul imtahanında respublika üzrə ən yüksək nəticə göstərənlər - Orxan Salmanlı və Cavid Musayevdir.
Türkiyə Diyanət Vəqfi Bakı Türk Litseyinin məzunları olan Orxan və Cavid həm də dostdurlar. Cavid deyir ki, qarşısına birinci olmağı məqsəd qoymuşdu. Amma buna nail olmasa da, dostunu bu yerdə görməkdən məmnundur.
- Mən qarşıma məqsəd qoymuşdum ki, birinci olum, amma buna nail olmasam da, Orxanın qələbəsini öz qələbəm sayıram. Çünki, biz uşaqlıqdan dostuq və həmişə bir-birimizin sevincinə şərik oluruq.
Orxan birinci olmaq üçün təkcə bir il, yəni, 11-ci sinifdə oxuyarkən deyil, 7-ci sinifdən çalışmağa başlayıb. Bu səbəbdən də imtahan ona çətin gəlməyib. Hətta imtahana hazırlaşarkən əyləncədən də imtina etmədiyini deyir.
- Mənə elə gəlir ki, əyləncələrdən, dərsdən əlavə şeylərdən imtina etməmişəm.
Orxandan fərqli olaraq Cavid imtahanda az da olsa həyəcan keçirib, amma buna səbəb imtahan sualları olmayıb.
- Məndə qorxu vardı, amma sual barədə yox, fikirləşmirdim ki, nəyəsə cavab verməyəcəyəm. Sadəcə olaraq, məktəbdə, evdə hamı məndən nəsə gözləyirdi. Mənə inanan insanların ümidini qırmamaq üçün narahat idim.
Orxan Azərbaycanda təhsilin aşağı səviyyədə olduğunu düşünür və təhsildə olan problemlərin tezliklə həll olunmasını arzulayır.
- Uşaqlar danışanda deyir ki, bizim məktəbdən, məsələn, cəmi 3 nəfər qəbul olunub, 1 nəfər 600 balı keçib. Bunu eşidəndə adam pis olur ki, Azərbaycanda təhsilin səviyyəsi aşağıdır. Arzu edərdim ki, Azərbaycanda bu sahədə inkişaf olsun.