Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:17

«Yeni Fikir»in üzvü ifadə verərkən təzyiqlərə məruz qaldığını deyir


Səs: Real audio
Sarvan Sərxanov: «Mənə dedilər ki, təşkilatın bütün üzvlərini Ruslan Bəşirlinin yanına göndərəcəyik» «Yeni Fikir» Gənclər Təşkilatının üzvü Sarvan Sərxanov qurumun sədri Ruslan Bəşirlinin işiylə baglı Baş Prokurorluğun Agır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verərkən müstəntiq tərəfindən təhqir olunduğunu və fiziki təzyiqlərə məruz qaldığını deyir. Cənab Sərxanov iddia edir ki, iradəsindən asılı olmayaraq ona boş kagıza imza atdırıblar: «Mənə dedilər ki, təşkilatın bütün üzvlərini Ruslan Bəşirlinin yanına göndərəcəyik».



Baş Prokurorluğun Mətbuat Xidmətinin əməkdaşı Əntiqə Qonaqova bildirdi ki, onlara bu məsələ ilə bağlı müraciət olunub: «Deyilənləri araşdırmaq üçün sözügedən idarəyə sorğu göndərmişik».
XS
SM
MD
LG