Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:37

Siyasi məhbuslarla bağlı işçi qrup dağıla bilər


Səs: Real audio
Cəlil Bəsirli ailəsinə olan hədələrlə bağlı Baş prokurora və xarici ölkə səfirliklərinə müraciət edəcəyini bildirir İyunun 21-də bir sıra hüquq müdafiəçisi və hakimiyyət nümayəndələri arasında siyası məhbus problemi ilə bağlı yaradılan işçi qrupu parçalana bilər.



Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə deyir ki, artıq bir sıra hüquq müdafiəçisi işçi qrupundan çıxmaq hıqqında düşünür. Çingiz Qənizadə yada salır ki, sözü gedən qurumun yaradılmasında başlıca məqsəd siyasi məhbus problemini beynəlxalq təşkilatların müzakirəsinə çıxarmadan ölkə daxilində həll etmək idi.



Onun sözlərinə görə, işçi qrupunun o vaxt bir-birinin ardınca 3 iclası keçirildi və ilkin nəticə olaraq siyasi məhbuslarla bağlı ayrı-ayrı qeyri-hökumət təşkilatlarının hazırladığı siyahıların dəqiqləşdirilməsi baxımından xeyli işlər görüldü. Hətta iyunun sonlarında dövlət başçısının imzaladığı əfv fərmanı ilə işçi qrupunun məsələsinə baxdığı şəxslərdən də 30-a yaxını azadlığa buraxıldı.



Çingiz Qənizadə deyir ki, əvvəlcədən razılaşdırıldığına görə, işçi qrupunun növbəti toplantısı iyulun 22-də olmalıydı. Ancaq qrupun hakimiyyətdən olan üzvlərinin əsassız bəhanələri üzündən bu toplantı hələ indiyə kimi keçirilməyib. Hüquq müdafiəçisi ehtimal edir ki, siyasi məhbuslarla bağlı beynəlxalq təzyiqlərə ara verildikdən sonra hakimiyyət bu problemin həllinə bir növ ciddi yanaşmır.



Avqustun 9-dan gec olmayaraq onlar bir daha işçi qrupunun hakimiyyətdən olan üzvlərinə mücaciət edəcəklər. Əgər qrupun toplantısı yenə də təxirə salınacaqsa, onlar bu qurumda qalıb-qalmamaq haqda qəti qərar verəcəklər.



İşçi qrupunun başqa bir üzvü, parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komissiyasının sədri Əli Hüseynov isə deyir ki, toplantının indiyə qədər baş tutmaması sırf texniki məsələlərlə bağlıdır. Cənab Hüseynovun sözlərinə görə, ona bu günlər həddən çox şikayət çatdırılıb. Həmin şikayətlərin baxılıb araşdırılması bir müddət vaxt tələb etdiyindən o, işçi qrupunun üzvlərinə müraciət edərək toplantının təxirə salınmasını xaşih edib.



Əli Hüseynov deyir ki, görünür, bəzi hüquq müdafiəciləri onları düzgün anlamır. Çünki, işci qrupu hansısa bir dövr üçün və ya kiminsə gözündən pərdə asmaq məqsədi ilə yaradılmayıb. Sadəcə, onlar bu sahədə indiyə qədər mövcud olan və bundan sonra da meydana çıxa biləcək problemləri yoluna qoymaq haqqında düşünürlər.



Ancaq işçi qrupunda təmsil olunan qeyri-hökumət təşkilatları nümayəndələrinin heç də hamısı Çingiz Qənizadə kimi qurumu tərk etmək haqqında düşünmür.



Demokratiya və İnsan Haqları Fondunun rəhbəri Murad Sadəddinov deyir ki, onlar hələlik gözləməyi üstün tuturlar. Bununla belə, o da bildirir ki, əgər toplantı yaxın bir neçə həftədə də gerçəkləşdirilməsə, onlar da başqa həmkarları kimi işçi qrupu ilə bağlı mövqelərinə yenidən baxmalı olacaqlar.



Üstəlik, siyasi məhbusların sayı ilə də bağlı işçi qrupunda fikir ayrılıqları var. Çingiz Qənizadə deyir ki, onların apardığı araşdırmaya görə, indii ölkədə 42 nəfər siyasi məhbus var. Ancaq o etiraf edir ki, hüquq müdafiə təşkilatlarında başqa siyahılar da mövcuddur:



"Bütün bu siyahıları araşdıraraq işçi qrupunda belə bir ortaq məxrəcə gəlmişik ki, indilikdə təqribən 50-55 nəfər siyasi məhbus var".



Əli Hüseynov isə deyir ki, işçi qrupu siyasi məhbusların sayı ilə bağlı hər hansı bir rəqəm üzərində dayanmayıb. Onlar sadəcə, ən müxtəlif siyahılar üzərində dəqiqləşdirmə aparırlar.



Bütün bu fikir ayrılıqlarına baxmayaraq, işçi qrupunun gələn həftə toplantısının keçiriləcəyi gözlənilir. Çünki, günün sonuna yaxın parlament komissiyasının sədri
XS
SM
MD
LG