Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» Bu "İz"də:
- Şəhərsalma mədəniyyətinin izinə düşəcək;
- 20-ci əsrin utopist memarı Le Karbüzyeni yada salacaq;
«ARZULARIN ŞƏHƏRİNİ GÖRDÜM...»
Fransa şairi Pol Valerinin bu misraları memar Le Karbüzyenin az qala əfsanəvi «İşıqlar şəhəri» layihəsinə eyham kimi də qavrana bilər. «Bu şəhərdə insanların çalışması da, yaşaması da ləzzət olacaq!» Bu, Le Karbüzyenin sözləridir. O, bunu da deyirdi ki: «Dilənçi yaşamından və şöhrət düşkünlüyündən törəyən savaşlar bizdən ötrü mənasızdır. Çağdaş toplum öz gücünü ölüm-dirim məsələsinin – yaşayış evləri tikintisinin gerçəkləşməsinə yönəltsə, heç bir savaş özünə tərəfdar toplaya bilməz»...
Böyük memar Le Karbüzye mənzil tikintisinin ayrıca bir fənn kimi məktəb və universitetlərdə tədris edilməsini arzulayır və inanırdı ki, bir gün insanlar qollarını çırmalayıb, əl-ələ verərək Yer Kürəsini – bu böyük, amma narahat mənzili yenidən tikməyə başlayacaqlar.
ŞƏHƏRSALMA MƏDƏNİYYƏTİ
- Qonağımızı tanıdım ki, yubanmadan söhbətə başlayaq. Azərbaycanda çox məşhur və görkəmli bir alimlə üz-üzəyik. Milli Elmlər Akademiyası Memarlıq İnstitutunun şöbə müdiri, professor Şamil Fətullayev – Fiqorov.
Şamil müəllim, mətbuatda belə fikir gəzir ki, ötən əsrin əvvəlində şəhər kimi formalaşan Bakı bu əsrin əvvəlində özünü və üzünü itirib. Bəziləri də deyir ki, Bakı şıdırğı inkişaf edir. Bu iki əks fikrin hansı həqiqətə daha yaxındır?
- Bu yaxınlarda çıxıb gedən Polşa səfiri məni deyirdi ki, mənim sizinkilərin Bakını korlamasına heyfim gəlir. Deyirdi ki, mən bunu bir səfir kimi yox, bir vətəndaş kimi deyirəm… Bakının simasını itirirlər. Özü də bilə bilə itirirlər. İstəyirlər ki, Bakının köhnə memarı məhv olsun, özlərinin yalançı memarlığı ilə fəxr etsinlər. Mən hesab edirəm ki, onlar düzgün hərəkət etmirlər...
Bakının divarlarını qaşıyırlar. Bakıdakı çıxışlarımından birində dedim ki, siz nə ixtiyarla bunu edirsiniz. Bunları nə sizin atalarınız, nə babalarınız tikib. Necə olur ki, siz bunları qaşıyırsınız. Axı qaşımaq olmaz, onların naxışları var və bunu çəkiclə vurmaq olmaz. Ancaq heç kəsin vecinə deyil…
Küçədə gedəndə görürsən ki, nə şəhərsalma qanunu var, nə memarlıq. Burada indi bir istiqamətdə işləyirlər. Biri o 20-25 mərtəbəli simasız "rəflər"dir, biri də ki, inqilabdan qabaqkı klassik memarlıqdan istifadə etsələr də, buna ustalıqları çatmır. Ona görə də yeni murdar bir memarlıq yaranır.
Daha ətraflı Audio hissədə