Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Mediada qarayaxma Qafqaz Müsəlmanları İdarəsini narahat edir


Səs: Real audio
«Əks halda arzuedilməz olaylar baş verə bilər» «Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən parlament seçkisi ərəfəsində həm müxalifət, həm də iqtidar təmsilçilərinin iştirakı ilə xoşagəlməz bir proses başlayıb. Biz Azərbaycan mətbuatını bu kimi halların qarşısını almaq üçün işlər görməyə, konkret olaraq, bu qəbil müsahibə və fikirlərə yer ayırmamağa çağırırıq».



Bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ölkə ictimaiyyətinə müraciətində əksini tapıb. Müraciətdə bildirilir ki, siyasətçilər qarşılıqlı təhqirləri siyasi mübarizənin bir vasitəsinə çeviriblər.



QMİ baş verənlərin qarşısının alınmasının vacibliyin bildirir: «Əks halda arzuedilməz olaylar baş verə bilər».



Müsavat başqanının müavini Vurğun Əyyub bu müraciətin bir qədər əvvəl edilməsini arzu etdiyini söyləyir.



«Ayna» - «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şüxlı isə deyir ki, təhqirlərin mətbuata yol tapmasında məsuliyyəti nə siyasətçilərin, nə də jurnalistlərin üzərinə qoymaq olmaz. Onun fikrincə, bu, həm də sosial sifarişdir.



«Azadlıq» qəzetinin redaktor müavini Azər Əhmədov isə deyir ki, mətbuatda təhqir kampaniyasının başlamasına görə məsuliyyəti hakimiyyət daşıyır.



Lider TV-nin əməkdaşı Sahil Kərimli isə əksinə «qara piar»da müxalifəti günahlandırır.
XS
SM
MD
LG