Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:57

Kurslara getmədən də kompüteri öyrənmək olar


Səs: Real audio
Lalə Şövkət Hacıyeva əhalini siyasi aktivliyə çağırır İndi kurslara getmədən də kompüter proqramlarını öyrənmək olar. Hazırda müxtəlif kompüter proqramları ilə işləməyin qaydalarını öyrədən və proqramlara aid dərslikləri özündə əks etdirən saytlar var.



http://comp.iatp.az saytında "Windows" və "Windows"un bəzi standart proqramları, "WinZip" və "Photoshop" proqramlarını öyrənmək, həmçinin Internet, kompüter şəbəkəsi haqqında suallara cavab tapmaq da mümkündür.



http://softcomp.iatp.az saytı da kompüterdə işləməyə başlayanlar üçün hazırlanıb. Burada "Windows" əməliyyat sistemi ilə müxtəlif işlərin aparılması, həmçinin "Word", "Excel", "Photoshop", "Corel Draw" kimi proqramlar barədə məqalələr var.



"Web Page", yəni Web səhifə yaratmağın əsaslarını isə http://htmllab.iatp.az saytından öyrənmək olar.



www.azersoft.com saytı isə kompüter proqramlarına aid dərsliklərlə zəngindir. Bu saytlardakı bütün məlumatlar Azərbaycan dilindədir.
XS
SM
MD
LG