Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:38

«Qadın alverçilərini məmurlar himayə edirlər»


Səs: Real audio
«Azadlıq» bloku isə 108 dairədə vahid namizədini müəyyənləşdirib «Bakı-Xəbər» qəzetindəki «Qarabağlılara Qarabağsızlıq vəd edən siyasət» başlıqlı məqalədə Malik Hüsüyev yazır ki, hakimiyyətin hərbi qüvvədən istifadə etməklə münaqişəni həll edəcəyinə dair bəyanatları daha çox ölkədaxili rəyə hesablanıb. Müəllif yazır ki, danışıqların aparıldığı bir vaxtda bu cür təhdidlərin səsləndirilməsi, Bakı ilə Yerevan arasında müəyyən razılıq əldə edilməsinin nümayiş etdirilməsi erməni tərəfinin «əlinə oynamaq» kimi bir şeydir. Müşahidələr göstərir ki, əliyevlər hakimiyyətinin yürütdüyü siyasət Qarabağsızlıq vəd edir.



«Üç nöqtə» qəzetindəki «Yoxsulluqla mübarizəyə 800 milyon dollar xərclənəcək» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, ölkədə ən çox kasıblıq səviyyəsi qaçqın və məcburi köçkünlər arasındadır. Bu təbəqədən olan insanların 70 faizi yoxsulluq həddindən də aşağı yaşayır. Məqalədə bildirilir ki, qaçqın və məcburi köçkünlərin çadır şəhərciklərində normal həyatdan uzaq psixoloji gərginlikdə yaşaması onların sağlamlığına və mənəviyyatına ciddi zərbə vurur.



«Ayna» qəzetindəki «Qadın alverçilərini məmurlar himayə edirlər» başlıqlı məqalədə Aynurə Əhmədova yazır ki, bu, «Təmiz Dünya» təşkilatının keçirdiyi sorğu nəticəsində məlum olub. Bakı, Tərtər, Bərdə və Naxçıvanda keçirilən sorğuda sauna və barlarda çalışan, müştərilərinə seksual xidmət göstərən gənc qadınlar da iştirak ediblər. «Təmiz Dünya» təşkilatının rəhbəri Mehriban Zeynalova müxbirlə söhbətində bildirib ki, sorğunu keçirən şəxslərin əksəriyyəti keçmiş polis və xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. O, araşdırmaların nəticələrinə əsaslanıb deyir ki, qadın alveri ilə məşğul olan konkret təşkilat mövcuddur. Xanım Zeynalova Azərbaycanda əxlaqsız yola düşən qadınların bir çoxunun qonşuları, valideynləri, yaxın qohumları və hətta ərləri tərəfindən aldadılaraq satıldıqlarını deyir.
XS
SM
MD
LG