Səs: Real audio
Bu, 50 milyon avroya başa gələcək - Hindistanın iki şirkəti Azərbaycanda neft və qazla bağlı müqavilələrə qoşulmaq istəyini bildiriblər.
"Oil & Gas" məcmuəsinin məlumatına görə, "OVL-Videş Limited" və "GAIL" şirkətləri Azərbaycan Dövlət Neft Şirkəti ilə anlaşma memorandumu imzalamağı planlaşdırırlar.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bu haqda məlumatın olmamasını bildiriblər. Amma "Renova" agentliyinin məlumatına görə, "GAIL" şirkəti "Şahdəniz" qaz yatağında işləməyi nəzərdə tutur. "OVL" şirkəti isə "Azəri-Çıraq-Günəşli" neft yataqları üzrə müqaviləyə daxil olmaq və bu sazişdə 5 faizlik pay əldə etmək istəyir.
"Oil & Gas" məcmuəsinin xəbərinə görə, Azərbaycan tərəfi hər iki layihədə Hindistan şirkətlərinin iştirakının çətinliklərlə qarşılaşacağını bildirib. Çünki, layihələr üzrə işlər çoxdan başlanılıb. Amma rəsmi Bakı hind şirkətlərinin başqa layihələrə cəlb olunacaqlarını istisna etmir.
- Paytaxt Bakıya bulaq suyu çəkiləcək. Bu məlumatı "Azərsu" Səhmdar Cəmiyyətinin rəhbəri Oqtay Əsədova istinadən "Trend" agentliyi yayıb. Kür çayı və Şollar artezian quyularından əlavə çəkiləcək 3-cü xəttə suyun Qəbələ-Oğuz bölgəsindən vurulacağı bildirilir. Su kəmərinin layihələndirilməsi üzərində iş 3 ilə yaxındır ki, davam edir. Amma hələlik xəttin çəkilməsinin dəqiq dəyəri müəyyənləşdirilməyib. İlkin qiymətləndirməyə əsasən, Qəbələ-Oğuz rayonlarından Bakıya suyun çəkilməsi 300 milyon dollara başa gələ bilər.
- "Azərenerji" Naxçıvanda Araz Su Elektrik Stansiyasını təmir edib. Səhmdar cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, təmirdən sonra stansiyada elektrik istehsalı imkanı artırılıb. Bu ilin qışında stansiyada əvvəlki təxminən 12 meqavatt əvəzinə 22 meqavatt elektrik enerjisi istehsal ediləcək.
- İndi də valyuta məzənnələri haqqında. Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4691 manat, 1 avro 5662 manat, 1 rubl isə 163 manatdır.