Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:45

ATƏT İTV rəhbərinin yenidən seçilməsini təklif edir<p align=`left`><br><br>


Səs: Real audio
ATƏT Azərbaycanda medianın vəziyyətinə dair hesabatını yaydı İctimai Televiziyanın (İTV) tam müstəqil olması üçün baş direktor yenidən seçilməlidir.



1-ci kanal da İctimai Televiziyaya çevrilməlidir. Qarşıdan gələn seçki kampaniyasının qərəzsiz işıqlandırılması üçün keçmiş 2-ci kanalda İTV-nin mümkün qədər tez yayımlanması vacibdir.



Bu tövsiyəni ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti irəli sürüb.



Cənab Haraşti hesabatı təqdim edərkən bildirdi ki, Azərbaycanda televiziya mətbuata nisbətən daha az plüralistdir.



"Biz bir çox müsbət şeylər gördük. Dövlət televiziyasının ictimai televiziyaya çevrilməsi barədə qanundan yaxşı istifadə oluna bilər. Ancaq gördüyümüz o oldu ki, bu qanundan istifadə olunmayıb. Özəl televiziyalara yeni lisenziyalar verilməyib. Bizdə olan məlumata görə, seçkiqabağı yeni lisenziyalar verilməyəcək. Azərbaycanın tezliklər xəritəsi də hələ yekunlaşmayıb, bu iş sürətləndirilməlidir".



Mikloş Haraşti Dövlət Televiziyasının yarıözəl TV-yə çevrilməsini misli görünməmiş hadisə adlandırır. Çünki, belə TV demokratik mənzərəyə sığmır. Bu TV 51 faiz dövlətin olacaq, səhmlərin 49 faizi isə TV-nin hazırkı işçilərinə satılacaq.



ATƏT nümayəndəsi İTV-yə baş direktorun yenidən seçilməsi barədə tövsiyəni bu TV-nin rəhbərliyini ictimaiyyətin narazılıqla qarşılamasııyla izah etdi. İctimai TV-nin məğzi ictimaiyyətin razılığıdır. Əgər camaat narazıdırsa, hökumət onun yenidən müəyyən edilməsi üçün metodlar işləməlidir. Mikloş Haraşti İTV-nin avqustda işə düşməsinin də gec olduğunu dedi.



ATƏT rəsmisi Elmar Hüseynovun qətli ilə bağlı istintaq barədə ictimaiyyətə hərtərəfli məlumat deyil, yalnız xəbərlər verildiyini bildirdi.



"Biz ümid edirik ki, ictimaiyyət hərtərəfli məlumat alacaq. Bu təkcə işin xeyri, ədalət üçün lazım deyil. Sadəcə, əsəbləri sakitləşdirmək lazımdır, jurnalistlər bu ölkədə təhlükəsiz olduqlarını anlamalıdırlar, jurnalistlər qorxusuz işləməlidirlər. Ona görə də hökumət mümkün qədər çox informasiyanı ictimaiyyətlə bölüşməlidir, xüsusilə də indi, cinayətin açıldığı elan olunandan sonra".
XS
SM
MD
LG