Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Dövlətin neçə jurnalisti mükafatlandıracağı bilinmir


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Azərbaycan mətbuatının 130 iliyilə bağlı neçə jurnalistə fəxri ad və mükafat veriləcəyi hələ məlum deyil.



Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, Prezident Aparatına təqdim etdikləri siyahıya onlar daha çox yaşlı və mərhum jurnalistlərin adlarını salıblar. Onun sözlərinə görə, neçə jurnalistin mükafat alacağı, neçə nəfərin fəxri ada layiq görüləcəyi iyulun 21-də Gülüstan sarayında keçiriləcək tədbirdə məlum olacaq.



İyulun 21-də həmçinin “Hyyat Recency” hotelində bir neçə nominasiya üzrə jurnalistlərin mükafatlandırılması mərasimi keçiriləcək. Bu tədbiri isə «Yeni Nəsil» Jurnalistlər Birliyi, “RUH” Jurnalistləri Müdafiə Komitəsi və Azərbaycan Jurnalistlər Konfederasiyası birgə təşkil edəcək. Ən yaxşı xəbər, reportaj, araşdırma və foto materiala görə jurnalistlərə «Media açarı» mükafatı təqdim olunacaq.



Azərbaycan Jurnalistlər Birliyi isə mətbuat günüylə bağlı səkkiz jurnalistə “Həsən bəy Zərdabi” mükafatı verəcək. Birliyin sədri Hacı Hacıyev deyir ki, ötən illərdən fərqli olaraq bu il qurumun maddi imkanları yaxşı olmadığından pul mükafatları nəzərdə tutulmur. Mükafat qəzetlərdəki ən yaxşı ictimai-siyasi, sosial və ekoloji məzmunlu yazıların müəlliflərinə veriləcək. Elektron media vasitələri nümayəndələrinin mükafatlandırılmamasını isə birlik rəhbəri nəzərə çarpan reportajların olmamasıyla izah edir.
XS
SM
MD
LG