Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Debat: Azərbaycan gəncinin dünyagörüşü


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Qonaqlarımız debatçı gənclər Günel Nağıyeva və Rüstəm Əliyevdir. Rüstəm bu gün gənclərin dünyagörüşünün məhdud olduğunu deyir. Günel isə onunla razılaşmır. Gəlin, onların arqumentlərini elə özlərindən eşidək.



Günel Nağıyeva: Müasir Azərbaycan gəncinin dünyagörüşü məhdud deyil. Çünki, hər bir Azərbaycan gəncinin hərtərəfli məlumat dəstəyi var. Yəni o, İnternetdən, qəzetlərdən, kitablardan istifadə etməklə istənilən məlumatı əldə edə bilər. Bu günləri Azərbaycan gəncləri idman, müxtəlif oyunlar, dünya hadisələri haqqında hərtərəfli məlumat toplaya bilər. Məncə, Azərbaycan gəncləri bütün bunlardan istifadə edirlər.



Rüstəm Əliyev: Azərbaycan gəncləri İnternet klublara gedərkən orada oyunlar oynayır və ya çatda otururlar. Onlar vaxtlarını maraqlı məlumat, informasiya toplamağa sərf etmirlər. İndi Azərbaycanda diskotekalar, barlar dəbdədir. Düzdür, gənclər belə yerlərə də getməlidirlər. Ancaq hazırda gənclər diskotekada, barlarda daha çox vaxt keçirirlər. Məncə, onlar filarmoniyaya gedib klassik musiqilərə qulaq assalar və ya teatrlara getsələr bu onlara daha çox fayda gətirər və onların dünyagörüşləri daha da artar. Siz deyirsiz ki, gənclər kitablardan istifadə edə bilərlər. Mən çox istərdim ki, Siz gedib indiki kitabxanalara baxasınız. Və görəsiz ki, orada Azərbaycan haqqında kitablar yoxdur. Əksər kitablar Sovet ideologiyasına xidmət edən o dövrün kitablardır ki, bunlar da Azərbaycan gəncliyinin dönyagörüşünü artıra bilməz.



Günel Nağıyeva: Siz deyirsiniz ki, bizim kitabxanalarda kitabların çoxu Sovet ideologiyasına xidmət edir. Amma bizim gənclərin heç biri bu kitablardan istifadə etmir. Biz gənclərə nə kitab lazımsa, onu da oxuyuruq. Çox adamlar tanıyıram ki, İnternetdən Qarabağ haqqında məlumatlar toplayırlar, gündəlik həyatda baş verən yeniliklər barədə məlumatlar əldə edirlər, yəni savadlı gənclik bu məlumatlardan istifadə edir. Sizin nümunə kimi göstərdiyiniz gənclər əgər varsa da, onlar gələcəkdə Azərbaycan dövlətinin sütunu ola bilməz, onlara kadr kimi baxıla bilməz.



Rüstəm Əliyev: Mən inanıram ki, Azərbaycan gəncliyi bu informasiya bolluğu içərisində Azərbaycan dövlətçiliyinin mənafeyinə və Azərbaycan xalqının gələcəyinə qulluq edən informasiyaları toplayıb onu dünya xalqlarına çatdıraraq Azərbaycanın layiqli vətəndaşları olacaqlar.
XS
SM
MD
LG