Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

«MTN Novxanıda vəhabilərin zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirib»


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» «Ayna» qəzetindəki «Hakimiyyətdə anti «exit-pool» variantları hazırlanır» başlıqlı məqalədə Azad yazır ki, məlumatlı mənbələrin dediyinə görə, exit-poolun tətbiq ediləcəyi dairələrdə hakim partiyanın məğlub olacağı ehtimalı böyük olduğundan Yeni Azərbaycan Partiyasının rəhbərliyi bu istiqamətdə özünəməxsus plan hazırlayıb. Müəllif yazır ki, plana görə, hakim partiyanın namizədinin səslərin əksəriyyətini qazanmaq ehtimalı böyük olan dairələrdə sıravi YAP-çılar exit-poolun işində yaxından iştirak edəcəklər. Seçkini müxalifət təmsilçisinin udmaq ehtimalı böyük olduğu dairələrdə isə YAP-çılar exit-poolda iştirakdan imtina etməklə əcnəbilərin yeni layihələrini puça çıxarmaq niyyətindədirlər.



«Yeni Azərbaycan» qəzetindəki «Sülh razılaşmasını ancaq güclü liderlər əldə edə bilərlər» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, son 11 ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Ermənistan tam fəaliyyətsizlik nümayiş etdirir. Azərbaycanın cəhdlərinə baxmayaraq prosesə cəlb olunan beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT heç bir iş görmür. Müəllifin fikrincə, sülh razılaşmasını ancaq güclü liderlərlə əldə etmək olar. Amma belələri azlıq təşkil edirlər.



«525-ci qəzet»dəki «MTN Novxanıda vəhabilərin zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirib» başlıqlı məqalədə bildirilir ki, iyunun 12-dən 13-ə keçən gecə Abşeron rayonunun Novxanı qəsəbəsində atışma olub. Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli əməkdaşının verdiyi məlumata görə, nazirlik qəsəbədə gizlənən bir qrup silahlı vəhabinin zərərsizləşdirilməsi məqsədi ilə əməliyyat keçirib. MTN əməkdaşlarının qəsəbəyə gəlməsindən xəbər tutan vəhabilər atəş açıblar. Qəzet yazır ki, atışma iki saata qədər davam edib. Nəticədə üç vəhabi öldürülüb. Əməliyyat zamanı altı vəhabinin həbs olunduğu bildirilir. Məqalədə yazılır ki, bu haqda MTN-in Mətbuat Xidməti ətraflı məlumat verməkdən imtina etsə də, deyilənləri təkzib də etməyib. Qeyd olunur ki, adının açıqlanmasını istəməyən qəsəbə sakini də göstərilən tarixdə kənddə atışma olduğunu təsdiqləyib.
XS
SM
MD
LG