Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:43

Qarabağda referendum ehtimalını həmsədrlər nə təsdiq, nə də təkzib edirlər


Səs: Real audio
Onların arasında Sabir Rüstəmxanlı və Afaq Məsudun da adı var Dağlıq Qarabağ danışıqlarında referendum məsələsinin müzakirə olunması barədə məlumat əldə olunub.



Münaqişə tərəfləri Qarabağ ermənilərinin öz müqəddaratını referendum yoluyla həll etmələri barədə razılığa yaxındırlar. Məlumatı adı çəkilməyən hökumət rəsmisinə istinadən “Azadlıq” radiosunun erməni redaksiyası yayıb.



Əvəzində isə işğal altında olan yeddi Azərbaycan rayonundan beşi qaytarılmalıdır. Altıncı - Kəlbəcər rayonunun qaytarılması isə həmin mənbəyə görə, danışıqlarda fikir ayrılıqlarına səbəb olub. Laçının qaytarılmasından isə ümumiyyətlə, söhbət getmir. Erməni mənbələri həmin referendumun 10-15 ilə keçiriləcəyinə işarə edirlər.



İyulun 12-də ATƏT-in Minsk Qrupu həmsədrləri Bakıda keçirdikləri mətbuat konfransında bu suala cavab versələr də, konkret bir şey demədilər.



Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov hər hansı referendumla bağlı məsələnin müzakirə olunduğunu nə təsdiq, nə də təkzib etməyə hazır olmadığını bildirdi. Onun sözlərinə görə, prezident və xarici işlər naziri ilə budəfəki görüşdə problemin nizamlanmasında əsas amilə çevrilə biləcək məsələlər müzakirə edilib. Cənab Merzlyakov dedi ki, Varşavada müəyyən anlaşma əldə edilib. Son ay ərzində həmin anlaşmanın müqaviləyə çevrilməsi prinsiplərinin müəyyən edilməsinə çalışılıb.



“Yerevandan verilən məlumata şərh vermək istəməzdim. Çünki, tərəflər iki ölkə arasında müzəkirə olunan məsələnin detallarını açıqlamamaq barədə üzərlərinə öhdəlik götürüblər. Ona görə də bundan artıq heç nə deyə bilmərəm”.



Qurumun amerikalı həmsədri Stiven Mənn də danışıqlarda hər hansı referendumdan söhbət gedib-getməməsi məsələsinə aydınlıq gətirmədi.



“Mən yalnız onu demək istərdim ki, müxtəlif mətbuat orqanlarının ordan – burdan götürüb istifadə etdikləri məlumatlar əsasında fikir formalaşdırmamalısınız. Səfir Merzlyakovun da dediyi kimi, biz həqiqətən də danışıqlarda konfidensiallıq prinsipinə əməl edəcəyik”.



Amerikalı həmsədr əlavə edir ki, hazırda onların müzakirə etdiyi xeyli daha ciddi məsələlər var və mediada pərakəndə şəkildə gedən adi detallara həddən artıq əhəmiyyət verməyə dəyməz.



Avqustun sonunda Rusiyanın Kazan şəhərində keçiriləcək MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi sammitində Azərbaycan və Ermənistan prezidentlərinin hansısa razılaşma imzalayacaqları məsələsinə gəlincə, Yuri Merzlyakov dedi ki, hazırda razılaşmanın mətni üzərində yox, problemin nizamlanmasının prinsipləri üzərində iş aparılır. Bunun isə nə qədər vaxt aparacağını indidən demək mümkün deyil. Ancaq hər halda, bu proses ən azı bir neçə ay vaxt tələb edir.



“Əlbəttə, bu işin sürətlənməsini istərdik. Ancaq prezidentlərin Kazandakı forum çərsivəsində nəzərdə tutulan görüşünə qədər bu işin başa çatdırılmasına əmin deyiləm. Çünki, həmin görüşə bir ay yarımdan az vaxt qalır. Bu müddət ərzində belə bir sazişin hazırlanıb başa çatdırılması isə real görünmür”.
XS
SM
MD
LG