Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

«YAP-da da, müxalifətdə də vahid siyahı ilə bağlı ziddiyyətlər var»


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur «Bakı-Xəbər» qəzetindəki «YAP-da da, müxalifətdə də vahid siyahı ilə bağlı ziddiyyətlər var» başlıqlı məqalədə Razi Tağı yazır ki, parlament seçkilərinə dörd aya yaxın vaxt qalmasına baxmayaraq hakim partiya və əsas müxalifət qüvvəsi sayılan «Azadlıq» blokunda namizədlərin müəyyənləşdirilməsi prosesi başa çatmayıb. Məqalədə bildirilir ki, bu, ziddiyyətlərin əsas göstəricilərindən biridir. Müəllif yazır ki, müşahidələr hər iki cəbhədə olan namizəd probleminin mahiyyət etibarı ilə fərqli xarakter daşıdığını göstərir.



«Yeni Azərbaycan» qəzetindəki «Qırğızıstan tarixinin ikinci prezidentini seçdi» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Əsgər Akayev artıq yeni prezidenti təbrik edib. Bu jest ölkədə vəziyyətin müsbətə doğru dəyişməsinə səbəb olub. Müəllif yazır ki, Qırğızıstanda Rusiya və ABŞ hərbi bazalarının olmasına baxmayaraq artıq ölkə bir mərkəzdən idarə olunmağa başlayıb. Məqalədə bunun müvəqqəti xarakter daşıdığı ehtimal edilir. Qeyd olunur ki, bölgədə nə qədər ki, iki antoqonist dövlətin hərbi bazaları yerləşir, mübahisələrin yenidən qızışması ehtimalı da qüvvədə qalacaq.



«Zerkalo» qəzetindəki «Narıncı inqilabın banisi ATƏT müşahidəçilər missiyasına rəhbərlik edir» başlıqlı məqalədə Rauf Mirqədirov yazır ki, Ukraynada Gert Arensin rəhbərlik etdiyi missiyanın fəaliyyəti təkcə Qərbdə deyil, dünyanın müxtəlif ölkələrində birmənalı qarşılanmayıb. Onu daha çox inqilablar tərəfdarı, qeyri-obyektiv diplomat kimi xarakterizə edirlər. Müəllif yazır ki, cənab Arensin rəhbərlik etdiyi müşahidəçi missiya parlament seçkilərini izləmək üçün Azərbaycana gələcək. Bunun artıq bir sıra dairələrdə ciddi müzakirə olunduğuna dair hökumət mənbələrindən məlumatlar verilir. Müəllif hesab edir ki, missiyaya rəhbərliyi Gert Arensə tapşırmaqla beynəlxalq qurumlar Azərbaycanda demokratik seçki keçirilməsində israr etdiklərini göstərirlər.
XS
SM
MD
LG