Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

“Azadlıq” bloku növbəti mitinqini keçirdi


Səs: Real audio
Ali Məclisin 40 dəqiqə sürən sessiyasında muxtar respublikada Ombudsman Aparatının yaradılması haqqında məsələyə də baxılıb İyulun 10-da “Azad seçki” şüarı ilə “Azadlıq” blokunda birləşmiş üç müxalifət partiyası keçmiş “Qələbə” kinoteatrının qarşısında 3-cü mitinqini keçirib.



Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi “Azadlıq” blokundan başqa yürüş-mitinqə Ümid, Liberal partıyaları və bir sıra başqa qurumlar da qatılıb.



Bakı şəhər İcra Hakimiyyəti razılıq verdiyindən aksiyaya polisin müdaxiləsi olmayıb. Amma təşkilatçılar bildirirlər ki, bölgələrdən müxalifət fəallarının paytaxta gəlməsinə maneələr törədilib. Etiraz aksiyasını təşkil edən partiyalar Bakıda da bəzi fəallarının saxlanıldığını bildirirlər.



Bununla belə, ötən mitinqlərdən fərqli olaraq bu dəfə meydanda mitinqçilərin toplanmasına polis heç bir maneə yaratmayıb. Aksiyadan əvvəl müxalifət təmsilçiləri ilə Bakı Baş Polis İdarəsinin rəsmiləri razılaşıblar ki, polis kordonu aksiya iştirakçılarından bir qədər kənarda dayansın.



AXCP sədri Əli Kərimli mitinqdəki çıxışında bildirib ki, onlar siyasi mübarizəni istisnasız olaraq dinc vasitələrlə, konstitusiya çərçivəsində aparacaqlar.



Müsavat partiyası başqanı İsa Qəmbər isə 2003-cü ilin prezident seçkilərindən fərqli olaraq parlament seçkisində beynəlxalq təşkilatların da Azərbaycanda dəyişikliklərə hazır olduğunu deyib.



Mitinqdə martın 2-də qətlə yetirilən jurnalist Elmar Hüseynovun xanımı Ruşaniyyə Hüseynova da çıxış edib. O deyib ki, Elmar Hüseynov qətlə yetirilən gün Azərbaycanda söz azadlığının, demokratiyanın boğulduğu gündür və demokratiyanı bərpa etmək üçün Azərbaycanda hakimiyyət dəyişməlidir.



Mitinqin təşkilatçıları aksiya iştirakçılarına müraciət edərək onları iyulun 17-də – Elmar Hüseynovun doğum günü keçirilməsi planlaşdırılan kütləvi aksiyaya qatılmağa çağırıblar.



Mitinqin qətnaməsində də hakimiyyətdən Elmar Hüseynovun qatillərinin tapılması tələb olunur. Aksiyaçılar həmçinin seçki komissiyalarında müxalifətlə iqtidara barəbər yer ayrılmasını, ADP sədri Rəsul Quliyevin Azərbaycana qayıtmasına şərait yaradılmasını və 15-16 oktyabr hadisələrinə görə həbs olunan qalan müxalifət liderləri üzərindən də məhkumluğun götürülməsini istəyirlər.



Aksiyada mitinqçilərlə polis arasında ciddi insident qeydə alınmayıb.
XS
SM
MD
LG