Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:09

Arif Hacılının məhkumluğu götürülmədi


Səs: Real audio
Müsavat Partiyasının başqanının müavini qərardan Apellyasiya Məhkəməsinə şikayət verəcəyini bildirir Müsavat Partiyasının başqanının təşkilat məsələləri üzrə müavini, «16 oktyabr» Hərəkatının təsisçilərindən biri Arif Hacılının üzərindən məhkumluq götürülmədi.



Bu haqda qərar iyulun 6-da Binəqədi rayon Məhkəməsində hakim Zoya Əliyevanın sədrliyi ilə keçən iclasda qəbul edilib. Hakim qərarı A.Hacılının azadlığa buraxılmasının üstündən az müddət keçməsi ilə əsaslandırıb.



Cənab Hacılı qətnaməni absurd adlandıraraq, ondan Apellyasiya Məhkəməsinə şikayət verəcəyini bildirib.



Ötən həftə «16 oktyabr» Hərəkatının təsisçiləri Pənah Hüseyn, Etimad Əsədov, İbrahim İbrahimli və İqbal Ağazadənin üzərindən məhkumluq götürülüb.



İyulun 5-də isə məhkəmə hərəkatın digər təsisçisi - «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun eyni iddiasını rədd edib.



Azərbaycan Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlunun məhkumluq məsələsinə isə bugünlərdə baxılmalıdır.



2003-cü il prezident seçkilərinin nəticələrinə etiraz edən yeddi müxalifət funksionerləri məhkəmənin hökmü ilə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum ediliblər. Bu ilin martın 21-də onlar prezident İlham Əliyevin fərmanı ilə əfv ediliblər. Bir sıra beynəlxalq qurumlar onların üzərindən məhkumluğun götürülməsini və parlament seçkilərində iştiraklarına imkan verilməsini tələb edirlər.
XS
SM
MD
LG