Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Qarabağ müharibəsindən bəhs edən filmin çəkilişinə başlanılıb


Səs: Real audio
Hökumət qiymətləri cilovlamaqda acizdir “Azərbaycanfilm” kinostudiyası yeni bədii filmin – “Çoban bayatı” adlı filmin çəkilişlərinə başlayıb. Qarabağ müharibəsindən bəhs edən bu filmin quruluşçu rejissoru, əməkdar artist Ramiz Əzizbəyli həmsöhbətimizdir.



- Ramiz müəllim, filmin mərkəzində hansı ideya durur?



- Əvvəlcə onu deyim ki, filmin ssenarisi istedadlı yazıçımız Orxan Fikrətoğluya məxsusdur. Film Azərbaycanda gedən son müharibənin bəlalarından əziyyət çəkən bir şəhid ailəsindən bəhs edir. Yəni, filmdə Qarabağ müharibəsində övladını itirmiş ana-atanın mənəvi iztirablarından danışılır. Filmin əsasında “İnsanlara müharibə lazımdırmı” sualı durur.



- Filmin çəkilişi üçün hansı məkan seçilib?



- Film Qarabağdan bəhs etsə də, çəkilişin rahatlığı və təbiət oxşarlığına görə Quba və Qusar ərazilərini seçmişik. Amma bizim Füzuli rayonunun Horadiz qəsəbəsində də çəkilişlərimiz olub.



- Aktyor oyunu barədə nə deyə bilərsiz?



- Filmin baş rolunda vaxtılə “Yuğ” teatrının aktyoru olmuş Vidadi Həsənovdur. Qadın qəhrəmanımız isə Gülşad Baxşıyevadır. O, da əvvəl bir neçə teatrda çalışıb, çox rollara çəkilib. O, həm də mənim 14 il bundan əvvəl çəkdiyim “Bəxt üzüyü” filmində Sara rolunun çox mahir ifaçısıdır. Bundan başqa, respublikanın digər aparıcı aktyorları da bu filmə çəkilib.



- Filmin çəkilişinə sərf olunan xərcləri kim ödəyir?



- Film dövlət sifarişi ilə çəkilir. Ssenari özü bizim dövlətçiliyimizdən, torpaqlarımızın azadlığından danışır. Ona görə də bunu dövlət maaliyyələşdirsə yaxşıdır.



- Filmin nə vaxt hazır olacağı nəzərdə tutulub?



- Təxminən bu ilin axırı üçün hazır olacaq. Bəzən obyektiv və subyektiv səbəblərdən işimizi dayandırmalı oluruq. Buna görə də dəqiq tarix demək mümkün deyil. Təxmini deyə bilərəm ki, bu ilin axırı bitirməliyik.



- Film hazır olandan sonra onu beynəlxalq aləmdə nümayiş etdirmək fikriniz varmı?



- Bizim kinoidarə bu barədə düşünür. Təbii ki, əlimiz çatan beynəlxalq kinofestivallara bu filmi göndərəcəyik.
XS
SM
MD
LG