Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

«Qiymətlər yenə artacaq»


Səs: Real audio
Hökumət qiymətləri cilovlamaqda acizdir «Ayna» qəzetindəki «Qiymətlər yenə artacaq» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, hökumətdə bu ilin yekunlarına görə inflyasiyanın nə qədər olacağı barədə yekdil fikir yoxdur. Belə ki, iqtisadiyyatla əlaqəsi olan dövlət qurumlarının hesablamaları bir-birinə ziddiyyət təşkil edir. Məqalədə bildirilir ki, bu, bir daha hökumətin qiymətləri cilovlamaqda aciz olduğundan xəbər verir. Milli Bankın qiymət artımı ilə bağlı tərtib etdiyi ssenariyə görə, 2005-ci ilin yekunlarına əsasən inflyasiyanın həcmi 9,7 faiz təşkil edəcək.



«Bakı-Xəbər» qəzetindəki «ABŞ demokratik seçki tələbində israrlıdır» başlıqlı məqalədə Nicat Dağlar yazır ki, hakimiyyət Seçki Məcəlləsində dəyişikliklər edilməsinə imkan verməməklə parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsinə maraq göstərmədiyini bir daha sübut etdi. Müəllif yazır ki, ABŞ konqresmeni və Helsinki Komissiyasının həmsədri Kristofer Smit Azərbaycan parlamentariləri ilə görüşündə İlham Əliyev hakimiyyətinin ünvanına sərt ittihamlar səsləndirib. Məqalədə bildirilir ki, bu ittihamlar əslində ABŞ-ın rejimə hansı münasibətdə olmasında xəbər verir.



«Xalq Cəbhəsi» qəzetində «Ramil Usubov Məhərrəm Əliyevin cavabını verdi» başlıqlı məqalədə Ələsgər Vəliyev yazır ki, iki yüksəkçinli məmurun münasibətlərinin mürəkkəb olduğu haqda mətbuatda vaxtaşırı məlumatlar verilir. Müəllif yazır ki, onlar daxili stabilliyin qorunması naminə qarşıdurma yaratmamalıdırlar. Jurnalistə görə, Əliyev-Usubov münasibətləri hakim komanda daxilində ciddi qarşıdurmaların olmasından da xəbər verir.
XS
SM
MD
LG