Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:41

AŞPA həmməruzəçiləri Bakıya gəlirlər


Səs: Real audio
70-ə yaxın müxalifətçinin Sabirabad rayon Polis Şöbəsində saxlandığı bildirilir İyulun 4-də AŞPA həmməruzəçiləri Andreas QrossAndres Herkel Bakıya gəlirlər.



Azərbaycana budəfəki gəlişlərinin məqsədindən danışan Andreas Qross deyir ki, ölkədə seçkiqabağı vəziyyət, aparılan islahatların dərinliyi, insanların özlərini nə qədər azad hiss etmələri onların diqqət mərkəzində olacaq.



Cənab Qrossun sözlərinə görə, vəziyyəti dərindən oyrənmək üçün Bakı o qədər də əlverişli deyil. Çünki, Bakıda təbəqələşmə mövcuddur. Ona görə də avropalı qonaqlar ümumi vəziyyəti öyrənmək üçün Azərbaycanın bölgələrinə getməyi planlaşdırırlar.



AŞPA Monitorinq Qrupunun nümayəndələrinin keçirəcəkləri görüşlər də artıq konkretləşib. Azərbaycanın bir sıra siyasi partiyaları və seçki bloklarının üzvləri bu görüşlərdə iştirak üçün dəvət alıblar.



«Yeni Siyasət» blokunun üzvü, politoloq Eldar Namazov da keçiriləcək görüşlərdə iştirak edəcəyini deyir.



Onun sözlərinə görə, bu görüşlərdə əsas müzakirə mövzusu Seçki Məcəlləsi və Azərbaycanda demokratik seçkilər olacaq.



Eldar Namazov deyir ki, bu görüşlərin Seçki Məcəlləsinin təkmilləşməsinə nə dərəcədə təsir edəcəyini zaman göstərəcək. İndidən konkret söz demək çətindir. Hər halda Monitorinq Qrupu hakimiyyət nümayəndələri ilə də görüşüb bu barədə müzakirələr aparacaq.
XS
SM
MD
LG