Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:10

«Akademik Ziya Bünyadovun qətlinin təşkilatçıları azadlıqdadırlar»


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir «Ayna» qəzetindəki «Azərbaycan iqtisadiyyatı «Holland sindromu» durumuna düşüb» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, xarici və yerli müstəqil iqtisadçıların yekdil rəyinə görə, ölkədə iqtisadiyyatın artımı əsasən neftdən gələn gəlirlərin hesabına təmin edilir. Müəllif yazır ki, onların qənaətincə, bu səbəbdən Azərbaycan iqtisadiyyatı birtərəfli inkişaf edir və artıq «Holland sindromu» deyilən duruma düşüb.



«Xalq Cəbhəsi»ndəki «Bəzz qalasına möhtəşəm yürüş davam edir» başlıqlı məqalədə Coşqun Məmmədov yazır ki, əvvəlki illərdən fərqli olaraq bu il qalanın yerləşdiyi ərazi rəsmən hərbi məntəqə elan edilməyib. Müəllif yazır ki, buna hüquq müdafiəçilərinin, ictimai-siyasi təşkilatların beynəlxalq qurumlara, o cümlədən BMT-yə qalanın təhlükə qarşısında olduğu və ağır hərbi texnikanın hərəkəti nəticəsində uçmaq təhlükəsi ilə üzləşdiyinə dair müraciətləri səbəb olub. Məqalədə bildirilir ki, bununla belə, iyunun 30-da səhər saatlarından etibarən yollardakı yoxlama-buraxılış məntəqələrinin sayı artırılıb, inqilab keşikçiləri ordusunun dəstələri isə qalanın ətrafında hazır vəziyyətə gətirilib.



«Bakı-Xəbər» qəzetindəki «Ziya Bünyadovun qətlinin istintaqı saxtalaşdırılıb?» başlıqlı məqalədə İsmayıl İsmayılbəyli yazır ki, akademikin qətlinin sifarişçiləri ortada yoxdur. Qətlin təşkilatçıları sayılan Tariyel Ramazanov və Cavanşir Aslanov 2000-ci ildə istintaq tərəfindən müəmmalı şəkildə azadlığa buraxılıb və onlar ölkədən qaçıblar. Qətlin icraçısı sayılan DİN-in keçmiş zabiti Qabil Babayev isə öldürülüb. Məqalədə bildirilir ki. bütün bunlara baxmayaraq Baş Prokurorluq ictimaiyyətin gözündən pərdə asmaq üçün qətldə iştirakçı saydığı Abşeron rayonunun sabiq icra başçısı Adil Nağıyevin oğlu Nizami Nağıyevi və bir neçə Lənkəran sakinini absurd motivlərlə ittiham edib və onlara ömürlük həbs cəzası verilib. Bütün bunlar isə işi təkrar istintaqa qaytarmaq üçün əsaslar verir. Müəllif hesab edir ki, prokurorluqda islahatlar aparıldığı bir dövrdə baş prokuror Zakir Qaralov bu addımı atmaqla həm də nüfuzunu yüksəltmiş olar.
XS
SM
MD
LG