Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:32

Təhsildə rüşvətlə bağlı anonim zənglər olunur


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov deyir ki, ötən semestr ali təhsil müəssisələrindən “qaynar xətt”ə 50–yə yaxın anonim zəng olub. Bu semestr isə zənglər daha çox nazirliyin elektron poçtuna göndərilən anonim məktublarla əvəzlənib.



Cənab Pirməmmədovun sözlərinə görə, nazirliyin əməkdaşları şikayətlərdə qeyd olunan ali təhsil müəssisələrində olublar, araşdırma aparıblar, amma heç bir nəticə əldə olunmayıb.



Elə bunu əsas gətirən cənab Pirməmmədov deyir ki, təhsildə rüşvətlə mübarizə tələbə və valideynlərin köməyi olmadan mümkün deyil.



İki gün əvvəl Bakı küçələrində “Təhsildə rüşvətə yox deyək!” şüarıyla gəzintiyə çıxan eyniadlı təşkilatın nümayəndəsi Bəxtiyar Azəri hesab edir ki, problem tək müraciətlərin anonimliyi ilə bağlı deyil. O deyir ki, onlara təhsil müəssisələrində rüşvət tələbi ilə bağlı ünvanlı məlumatlar daxil olub və onlar da həmin məktubları Təhsil Nazirliyinə göndəriblər. Amma bu müraciətlərlə bağlı hər hansı tədbir görülməyib.



Anonim zənglərin də əsassız olmadığını deyən Bəxtiyar Azəri qeyd edir ki, Təhsil Nazirliyinə müraciət edən tələbə bundan özünün zərər çəkməyəcəyinə əmin deyil. Yəni, tələbələr sonradan onlara problem yaranacağını düşünərək ad və ünvanlarını göstərməkdən çəkinirlər. Elə bu baxımdan təşkilat nümayəndəsi “qaynar xətt”ə ehtiyac görmür.
XS
SM
MD
LG