Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:16

Seçkiqabağı mətbuatda təhqir və böhtanlar artıb


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Alı Rza təəssüflə bildirir ki, son günlər bu qəzetin səhifələrində daha çox iqtidarın apardığı kampaniyaya cavab olan yazılar yer alır. O, bunu iqtidar qəzetlərinə cavab vermək məcburiyyətində qalmaqlarıyla izah edir, ancaq bundan sonra oxucularının sayının azalmadığını, əksinə, artdığını deyir.



Alı Rza müxalifət qəzetlərində yer alan emosional yazılara görə məsuliyyəti hökumətin üzərinə qoyur.



“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun fikrincə isə, onun qəzeti yalnız faktlar barədə yazır və bu, hər bir mətbuat orqanının borcudur.



Bəxtiyar Sadıqov deyir ki, onun qəzeti abunə haqqıyla, təsərrüfat hesabıyla çıxır, maliyyə baxımından heç kəsdən asılı olmaq istəmir, xalqın, dövlətin mənafeyinə xidmət edir. “Azərbaycan” qəzeti Milli Məclisin orqanıdır.



Mediada İctimai Problemləri Araşdırma Mərkəzinin direktoru Fikrət Fərəməzoğlu isə deyir ki, Azərbaycanda seçkiqabağı qəzetlərin sayı çoxalır. Onun sözlərinə görə, bunda ən çox hökumət maraqlıdır. Yəni, beynəlxalq təşkilatlara ölkədə qəzet bolluğu, söz azadlığı olduğunu göstərmək istəyir.



Mətbuat Şurası ötən prezident seçkiləri zamanı mediada peşə etikasının pozulmasının qarşısını almaq üçün əvvəlcə siyasi partiya rəhbərlərini, daha sonra aparıcı KİV-ləri bir araya gətirmişdi. O vaxt bu barədə bir razılaşma da imzalanmışdı.



Ancaq Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə deyir ki, bu razılaşma az müddət sonra pozuldu. Rəhim Hüseynzadənin fikrincə, mətbuat müstəqil olmasa, kiminsə təsir dairəsindən qurtarmasa, mediada qayda pozuntularına tez-tez rast gəlinəcək.



Söhbətləşdiyimiz Bakı sakinlərinin böyük əksəriyyəti isə qəzet səhifələrində yer alan təhqir dolu yazıları oxumadıqlarını deyirlər.
XS
SM
MD
LG