Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:16

A.Herkel: "Komissiyaların tərkibinin dəyişdirilməsi azad seçkinin mühüm şərtidir"


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna verdiyi müsahibədə bildirib ki, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi azad və ədalətli seçki keçirməyin mühüm ilkin şərtidir. O, Azərbaycanın Seçki Məcəlləsinə edilmiş düzəlişləri lazımlı adlandırıb, amma əlavə edib ki, AŞ-nın əsas, xüsusilə də seçki komissiyalarının tərkibinin dəyişdirilməsilə bağlı təklifləri qəbul edilməyib.



Avropa Şurasının bundan sonra Azərbaycanda seçkinin demokratik keçməsi üçün nə edəcəyinə dair suala cənab Herkel belə cavab verib: «Beynəlxalq təşkilatların imkanları adətən məhdud olur. Biz yalnız bəzi əsas prinsiplər təyin edə bilərik, məsələn, demokratik seçki keçirmək üçün nə cür şərait yaradılmalıdır və s. Bizim təkliflərimizin bəziləri qəbul olundu, bəziləri isə yox, ancaq gəlin, seçki gününü gözləyək. Onda bütöv mənzərəni qiymətləndirəcəyik».



Andres Herkel deyir ki, seçkiqabağı vəziyyəti müşahidə etməklə seçki gününü müşahidə etmək ayrı-ayrı şeylərdir. Onlar medianın fəaliyyətini, bütün namizədlərə bərabər şərait yaradılıb-yaradılmamasını, azad toplaşma hüququnun necə təmin olunmasını, seçki komissiyalarının işini müşahidə edəcəklər.



Milli Məclisin iyunun 28-də Seçki Məcəlləsinə etdiyi əlavə və dəyişikliklərlə seçki depoziti azaldılıb, müşahidəçilərin statusu artırılıb. Ancaq seçki komissiyalarının paritet əsaslarla təşkili, xaricdən maliyyələşən QHT-lərin seçkini müşahidə etməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması kimi təkliflər qəbul edilməyib.
XS
SM
MD
LG