Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

Maqistraturaya qəbul imtahanları iyulun 2-də başlayır


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının 1-ci mərhələsi iyulun 2-də keçiriləcək.



Məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yayıb. Bakalavrlar magist imtahanına girmək üçün tələb olunan sənədləri sənəd qəbulu komissiyalarından iyunun 30-dan etibarən ala bilərlər.



Maqistraturaya qəbul olmaq istəyənlər qəbul imtahanının 2-ci mərhələsində onlara veriləcək suallarla “Magistr” jurnalının yeni nəşr olunmuş 3-cü sayında tanış ola bilərlər.



TQDK-nın yaydığı statistik məlumata görə, magistraturaya sənəd verənlər arasında jurnalistika, filologiya, dilşünaslıq, regionşünaslıq, incəsənət, musiqi, iqtisadiyyatidarəetmə ixtisaslarını seçənlər üstünlük təşkil edir. 6526 magistr yerinə sənəd verənlərin ümumi sayı isə 10469 nəfərdir. Magistraturaya qəbul imtahanının 2-ci mərhələsinin vaxtı isə hələlik dəqiqləşdirilməyib.
XS
SM
MD
LG