Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:56

Stiven Mənn: «Biz sülhə indi daha yaxınıq»


Səs: Real audio
Amerikalı həmsədr: «Tamamilə əminəm ki, bu, həll olunası məsələdir» ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə amerikalı həmsədri Stiven Mənn bir il əvvəllə müqayisədə sülhə daha yaxın olduqlarını deyir: «Lakin sülhün elə döngədə olmasını düşünmək səhvdir. Hesab edirəm ki, tərəflər ciddi, təqdirəlayiq danışıqlar aparıblar. Sülhün əldə olunması hələ də çətin məsələdir. Lakin tamamilə əminəm ki, bu, həll olunası məsələdir».



«Azadlıq» radiosuna eksklüziv müsahibəsində cənab Mənn siyasi iradə olarsa, razılaşmanın əldə olunmasına daha da yaxınlaşacaqlarını deyib.



Amerikalı həmsədr iki ölkə prezidentlərinin yeni görüşünə ümid etdiklərini bildirir. O, həmsədrlərin bu il iyulun ortalarında regiona növbəti səfərinin planlaşdırıldığını söyləyir.



Danışıqların detalları barədə ətraflı məlumat verməkdən imtina edən cənab Mənn yalnız onu bildirir ki, Dağlıq Qarabağ probleminin istənilən sabit həlli bütün məsələləri əhatə etməlidir.



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən bəhs edərkən Stiven Mənn deyir: «Paris danışıqlarında yaxşı, səmərəli məqamlar olub. Mən Paris danışıqlarını belə bir inamla tərk etdim ki, biz tərəqqini davam etdirə bilərik». Bununla belə cənab Mənn əlavə edir ki, həmişə olduğu kimi tərəflər danışıqlarda mövqelərində dayanıblar.
XS
SM
MD
LG