Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:36

Gənc tədqiqatçılar üçün təlim keçmək imkanı


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” Sosiologiya, demoqrafiya, iqtisadiyyat və digər sosial elm sahələrində tədqiqatlarla məşğul olanların üzünə Qafqaz Resurs və Tədqiqat Mərkəzinin qapıları açıqdır.



Bu mərkəz tədqiqatçılara sosial elmlər üzrə kitabxanadan, məlumat bazasına malik kompüter laboratoriyasından istifadə etmək və təlimlərə qatılmaq imkanı verir. Mərkəzin xidmətlərindən istifadə üçün heç bir ödəniş tələb olunmur.



Mərkəzin direktoru Lətif Kəngərlinski deyir ki, mərkəzə üzv olmaq üçün sadəcə bir anket doldurmaq lazımdır.



“Bizə üzv olmaq üçün mərkəzə gəlib anket doldurmaq lazımdır. Bizim mərkəz hamı üçün açıqdır və bütün xidmətlər pulsuzdur”.



Lətif Kəngərlinski sosial, demoqrafik və iqtisadi məsələlərə dair növbəti təlimlərin iyulun 1-dən başlayacağını deyir. Təlimləri yerli və xaricdən dəvət olunmuş professorlar aparır. Lətif Kəngərlinski deyir ki, təlimləri keçən hər bir kəs gələcəkdə bu cür təlimlərin təşkilatçısı da ola bilər.



“Biz çalışırıq ki, treninqi keçən hər bir şəxsi gələcəkdə treninq keçirməyə cəlb edək”.



İyulda keçiriləcək təlimlərə üzv olmaq üçün mərkəzə indi də müraciət etmək olar. Mərkəzin elektron ünvanı belədir: www.crrc.az
XS
SM
MD
LG